Yevlaxda masanın o biri başında ruslar olacaq.... - NƏ ETMƏLİ?
Bu gün Yevlaxda keçiriləcək görüşdə nələr baş verə bilər....
1. Bu gün keçiriləcək görüşdə əsas tərəflər Azərbaycan və ... Rusiya olacaq. Erməni icması razılaşdırılmış qərarlara "hə" demək üçün epizodik rol oynayacaq;
2. Rusiya tərəfi inteqrasiya prosesinə "dəstək" məsqədilə "sülhməramlıların" Azərbaycan ərazisində nəinki qalmasının, hətta, vaxtının uzadılması məsələsi üzərində təkid edə bilər;
3. Rusiya tərəfi Xankədidə qurulacaq hakimiyyət orqanlarında "inteqrasiyaya dəstəkçi" kimi nümayəndələrinin olmasını istəyə bilər;
4. Rusiya tərəfi separatçı rejimin "rəhbərliyini" qorumağa, məsuliyyətdən azad olunmasına çalışacaq. Belə ki, onlar məhkəmə qarşısında durarlarsa Rusiya üçün arzuolunmaz mətləblərin üstü açıla bilər;
5. Rusiya tərəfinin hər hansı bir təklifi qəbul olunarsa Qarabağımızdan hələ uzun müddət atəş səsləri gələcək...
Rusiya tərəfi öz iddialarından əl çəkib "sülhməramlılarını" ərazimizdən çıxararsa... Bu barədə sonra yazaram ).
P.S. Silahlı qüvvələrimiz döyüş meydanında öz işini məharətlə gördü, indi növbə diplomatiyamızındı.
Allah Şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa, qazilərimizə uzun və layiqli həyat versin!
Vəli Əlibəyov - DİA.AZ
Tarix: 21-09-2023, 09:21