Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistanı danışıqlara qayıtmağa çağırdı
Həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır.
Gununsesi.info xəbər verir ki, bunu Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Mən həmçinin bu qurumun (BMT Təhlükəsizlik Şurası) qətnamələrində dəfələrlə vurğulananı bir daha təkrar etmək istəyirəm. Həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”, – o qeyd edib.Eyni zamanda, Berbok Qarabağda hərbi əməliyyatları daimi və tam dayandırmağa çağırıb.
Berbok Azərbaycan və Ermənistanı Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb.
Tarix: 22-09-2023, 09:46