ABŞ-Azərbaycanın münasibətlərində Menendes ƏNGƏLİ - Bundan sonra NƏ OLACAQ?
Erməni separatçıları Azərbaycan ordusuna təslim olduğu gün ABŞ-ın Feredal Prokurorluğu da ermənpərəst senator Bob Menendesə qarşı cinayət işinin açıldığnı elan edib. Menendes uzun müddət erməni xanımı ilə kimdən mümkündürsə pul, qızıl, bahalı maşınlar, hətta qızıl külçələr alaraq lobbiçilik edirmiş. Amerika Federal Prokurorluğu dərin araşdırmalar aparsa, Menendesin erməni diaspora təmsilçilərindən aldığı rüşvətin həcmini də müəyyənləşdirə bilər. Biz bu illərdə ABŞ Konqresində xeyli ermənpərəst konqresmen gördük, bizə qarşı 907-ci düzəlişi qəbul etdilər. Menendes Konqresdə ermənpərəstlikdə hamısını ötüb keçmişdi. Menendes Türkiyə və Azərbaycanla bağlı dinləmələrdə özünü prokuror kimi aparır, Dövlət Departamenti rəsmilərinə sərt şəkildə deyirdi ki, Ankara və Bakını cəzalandırmaq lazımdır. Aydındır ki, Menendes bu ittihamların qarşılığında ermənilərdən milyonlar alıb. Dövlət Departamentinin rəsmiləri Menendesi yerində oturtmaq əvəzinə qorxaqcasına onun dediklərini təkrarlayırdılar. İş o yerə çatmışdı ki, Dövlət Departamenti Konqresdəki ermənipərəstlər ucbatından Azərbaycana səfir təyinatını da aylarla, bəzən illərlə uzadırdı, hətta Metyu Brazyanı Bakıdan səfir vəzifəsindən geri çağırdılar. Elə indinin özündə də səfir yoxdur.
Elxan Şahinoğlu - DİA.AZ
Tarix: 24-09-2023, 10:59