"Mən müharibədən öncə Ukraynanın NATO üzvlüyünə qarşı olmuşam, çünki bunun bu gün gördüyümüz prosesin başlanacağına rəvac verəcəyindən ehtiyat etmişəm...""Ukraynanın NATO-da üzvlüyü Avropanın təhlükəsizliyinə uzun illər yatırılan ən yaxşı investisiyadır..."
Kissincer nədən əvvəllər Ukraynanın NATO üzvlüyünün əleyhinə olduğundan danışıb Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerlə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak özünün "Teleqram-kanal"ında məlumat verib. Məlumatı "pravda.com" nəşri yayıb.
"Prezident Vladimir Zelenski ilə biz məşhur diplomat, alim və siyasətçi Henri Kissincerlə görüşdük. Həqiqətən də çox məzmunlu söhbət alınıb. Kissincerin Rusiya ilə müharibədə müasir vəziyyəti səciyyələndirən çoxsaylı dəqiq fikirləri var", - o, yazıb.
Yermak həmsöhbətindən iqtibas gətirib. "Bu müharibədən öncə mən Ukraynanın NATO üzvlüyünə qarşı olmuşam, çünki bunun bu gün gördüyümüz prosesin başlanacağına rəvac verəcəyindən ehtiyat etmişəm. İndi isə prosesin bu səviyyəyə çıxmasından sonra belə şəraitdə neytral Ukrayna ideyasının daha mənası yoxdur", - o, Kussincerin sözlərini xatırladıb.
Ermakın sözlərinə görə, "Rusiya dünya nizamını pozmağa, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmağa və dəyişməyə, özünün konspirologiyası və qaydaların izahını zorla yeritməyə cəhd edir, "Kussincer hazırda Ukraynanın NATO-da lobbiçilərindən biridir".
"Həqiqətən də, Ukraynanın Alyansda üzlüyü Avropanın təhlükəsizliyinə uzun illər yatırılan ən yaxşı investisiyadır", - Yermak hesab edir.
Kontekst: Kissincer 1970-ci illərdə prezidentlər Riçard Nikson və Cerald Ford administrasiyalarında dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir postlarını tutub.
Onun səyləri nəticəsində ABŞ və SSRİ arasında "soyuq müharibə"də yumşalma baş verib və bu, "gərginliyin zəiflədilməsi" (rusca "razryadka") adlandırılıb.
1973-cü ildə Vyetnamda barışığın əldə edilməsi ilə bağlı Nobel sülh mükafatına layiq görülüb.
O, Vaşinqtonla Pekin arasında münasibətlərin normallaşmasında həlledici diplomatik rol oynayıb, "Reuters" qeyd edir.
Dövlət vəzifələrindən gedəndən sonra Kissincer "Kissinger Associates" agentliyini təsis edib və bir sıra kitab və memuarlar yazıb, " Foreigh Policy" yazır.
O, həmçini ictimai tədbirlərdə çıxışlar edir, Ukrayna haqqında da bir sıra ziddiyyətli bəyanatlar səsləndirib.
Belə ki, 23 may 2022-ci ildə Davosda Beynəlxalq İqtisadi Forumda o, belə bir fikir ifadə edib ki, Ukrayna müharibənin dayandırılması üzrə sülh danışıqlarında öz ərazilərinin bir hissəsini Rusiyaya güzəşt etməlidir.
2023-cü ilin may ayında Kissincer deyib ki, "Avropanın təhlükəsizliyi üçün" Ukraynanı NATO-ya qəbul etmək lazımdır
Xatırladaq ki, 27 may 2023-cü ildə Kissincerin 100 yaşı tamam olub.
Tarix: 26-09-2023, 10:45