"Paşinyan getsə, Ermənistan itirilənləri geri qaytara biləcəkmi?" - MÜHÜM AÇIQLAMA


 
“Baxın, deyirlər: “Paşinyan satqındır”. “Xəyanət” söhbəti ümumiyyətlə postsovet siyasətində çox dəbdədir. Amma gəlin fürsətçi deyil, obyektiv, ekspert mövqeyi tutmağa çalışaq. Paşinyanın Ermənistanın qələbəsinin təntənəsi üçün dünyada güclü dəstəyi varmı? Yox. “Yerkrapah” könüllülər ittifaqının yarandığı 90-cı illərdə olduğu kimi gedib könüllü kimi qeydiyyatdan keçməyə hazır olan erməni varmı? Yox, çünki insanlar münaqişələrdən yorulur. Və cəmiyyətin demobilizasiyası var ki, nə Paşinyan, nə də Köçəryanın öhdəsindən gələ bilmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov səsləndirib.
O bildirib ki, Paşinyanın beynəlxalq dəstəyi, Azərbaycan ordusu ilə müqayisə olunan ordusu yoxdur:
“İki qonşu Paşinyana qarşıdır. Gəlin, bir dəqiqəlik təsəvvür edək! Nikol Paşinyan erməni xalqı tərəfindən xəyanətdə ittiham olunur, cəmiyyət onu rədd edir və devirir. Alternativ varmı? Paşinyan getsə, Ermənistan daha çox silaha sahib olacaqmı? ABŞ Konqresi Rusiya hökuməti ilə birlikdə Dağlıq Qarabağı tanıyacaqmı? Yeni hökumət itirilənləri geri qaytara biləcəkmi?”, – deyə rusiyalı politoloq bildirib.
O deyib ki, eyni zamanda Paşinyan siyasətçi kimi həmişə heç də həmişə müdrik hərəkət etmir.
“O, hakimiyyətə gələrək vətənpərvər legitimliyin olmamasını populist bəyanatlarla kompensasiya etməyə çalışıb. Vaxt var idi o, “Qarabağ Ermənistandır” deyirdi. İndi bunu min dəfə xatırlayacaq. O, bir neçə dəfə təkrar edirdi ki, hər hansı sənədə imza atmazdan əvvəl meydana çıxıb xalqa müraciət edəcək. Təbii ki, Paşinyanın Qarabağ məsələsində imzaladığı bütün kağızlar meydanda razılaşdırılmayıb. Və verdiyi vədlərin çoxu həyata keçməyib. Hətta tam əksi həyata keçirildi”, – deyə Sergey Markedonov bildirib.
Rusiyalı politoloq etiraf edib ki, Azərbaycanın müəyyən vasitələri var.
“Hesab edirəm ki, Qarabağın inkişafı ilə bağlı heç bir problem olmayacaq. “Görün, 26 il erməni qüvvələrinin nəzarətində olan o ərazilərdə hansı sürətlə yeni tikintilər gedir. Üstəlik, bu, nümayişkaranə şəkildə edilib: Füzuli hava limanının Türkiyə prezidenti Ərdoğanın nümayişkaranə dəvəti ilə kütləvi açılışını xatırlamaq olar. Düşünürəm ki, Türkiyə və digər müttəfiqlər – Pakistan bu işdə Azərbaycanın yanında olacaq”, – deyə Sergey Markedonov fikrini yekunlaşdırıb.
Tarix: 27-09-2023, 08:53
Xəbəri paylaş





Xəbər lenti