İran İlham Əliyevi devirəcək?


İran İlham Əliyevi devirəcək?
1979-cu ildən çıxan İranının “Jomhouri-e Eslami ” qəzeti yazıb ki, Türkiyə+Azərbaycan Ermənistanın indiki zəif halından istifadə edərək Zəngəzur dəhlizini zorla açmağa cəhd etsələr, bunun bədəli ağır olacaq. Onu da vurğulayım ki, bu qəzetə bir vaxtlar İranın hazırkı dini lideri Əli Xameneyi rəhbərlik edib. Qəzet yazır: "Azərbaycan İranın qırmızı xəttini pozmaq ərəfəsindədir. Əgər Əliyev elan olunmuş qırmızı xətti keçmək niyyətindədirsə, şübhəsiz ki, o, Bakıda mühüm dəyişikliklərə səbəb ola biləcək başqa cür qətiyyətli reaksiya gözləməlidir”.
Əlbəttə, bunlar qeyri-ciddi söhbətlərdir və gülüş doğurur. Zəngəzur dəhlizi açılmalıdır. Bu, ortada olan reallıqların və zamanın hökmüdür. Ermənistan istənilən halda bu dəhlizin açılmasına razılıq verməlidir. Çünki Türkiyə və Azərbaycanla yanaşı Rusiya da bu dəhlizin açılmasında maraqlıdır. Balaca Ermənistanın Türkiyə+Azərbaycan və Rusiyaya müqavimət göstərmək şansı sıfırın altındadır. İran nə qədər tez bu sadə həqiqəti anlasa, bir o qədər özünə yaxşı olar...
O da aydındır ki, Ermənistan Zəngəzur dəhlizinə razılıq verməsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq. Üstəlik, Türkiyə də, Azərbaycan da Ermənistanla sərhədləri də açan deyil. Bu isə o deməkdir ki, Ermənistan İranın ümidinə qalacaq. İrana sığınan Ermənistan isə Qərb üçün cəlbedici deyil...
Elbəyi Həsənli
Teref.az
Tarix: 27-09-2023, 09:18
Xəbəri paylaş





Xəbər lenti