Elnur Azərsoy: “Regiona həqiqi demokratiyanı gətirən bir şəxsin bu gün tək qalması və müdafiə olunmaması demokratik dəyərlərin süqutu deməkdir”


Hefteaz.com xəbər verir ki, dünən Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının(VHM) ofisində “Bölgədə demokratik dəyərlərin məhvinə yönəlik fəaliyyətə yox” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə VHM sədri Elnur Azərsoy çıxış edərək, son dövrlər bölgənin geosiyasi mühitinin daha çox süni fon almağa yönəlik istiqamətdə olmasını,buna misal olaraq Gürcüstanın sabiq prezidenti Mixayıl Saakaşvilinin meydanda yalnız buraxılması,müdafiəsiz qalmasını önə çəkən Azərsoy,bu işdə Azərbaycanda fəaliyyət göstərən demokratik qüvvələrin də ürək açan olmayan susqunluğu barədə geniş danışdı. Azərsoyun fikrincə, “bölgəyə demokratik mühitin yaradılmasının banisi,son yüz ildə Qafqaziyada həqiqi demokratik dövlət qurmuş olan Saakaşvilinin sıxışdırılması və meydanda yalnız buraxılması insan haqları və demokratiya əleyhinə qurulmuş rus siyasət mexanizmsinin tərkib hissəsidir.
Rusiya bölgədə ona görə normal demokratik sferanın formalaşmasında maraqlı deyil və bunun qarşısını hər vəchlə almağa çalışır ki, demokratik mühit formalaşdığı yerdə Qərb siyasəti önə çıxarılacaq və ən əsası isə hüquqlarını pozduğu minlərlə şəxs tapdanmış olduğu hüquqlarını tələb edəcəkdir. Bu da Rusiyanın de fakto olaraq süqutu deməkdir” – deyə hüquq müdafiəçisi vurğulayıb. VHM sədri eyni zamanda yaxın günlərdə Mixayıl Saakaşvilinin Hüquqlarının Mudafiəsi Komitəsini yaratmağı da planlaşdırdıqlarını qeyd etdi.

Tarix: 29-09-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti