Ermənistandan sərhəd açıqlaması: - “Həll etdik”

Ermənistandan sərhəd açıqlaması: - “Həll etdik”
Tərəflər sərhədin delimitasiya və demarkasiyası məsələlərinin müzakirəsini davam etdirir, bir sıra təşkilati və prosedur məsələləri həll olunub.

Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclası ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada qeyd olunur ki, tərəflər komissiyalar arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi üzrə iş prosedurunun mətnini ilkin olaraq razılaşdırıblar.

XİN bildirir ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqda əsasnamənin razılaşdırılması üzrə işin başlanılması barədə də anlaşıblar.

Azərbaycan və Ermənistan həmçinin komissiyaların növbəti iclasının tarixi və yerini işçi qaydada müəyyən etmək barədə sövdələşiblər.
Tarix: 30-11-2023, 22:04
Xəbəri paylaş





Xəbər lenti