Borrelin ermənipərəst bəyanatlar verməsinin SƏBƏBLƏRİ – Laszlo Vasadan ÖZƏL AÇIQLAMA

Borrelin ermənipərəst bəyanatlar verməsinin SƏBƏBLƏRİ – Laszlo Vasadan ÖZƏL AÇIQLAMA
“Avropa İttifaqı liderlərinin verdiyi bəzi bəyanatlar onların mövcud reallığı düzgün qavramalarına şübhə yarada bilər. Məsələn, Cozef Borrelin bəyanatları heç bir şəkildə Aİ-nin ümumi mövqeyi sayıla bilməz, çünki onun çıxışları üzv dövlətlərin ortaq fikrini əks etdirmir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa deyib.

“Aİ sülhdə maraqlıdır”

Analitik hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması bir çox ölkələrin maraqları xaricindədir:

“Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması ilə yanaşı, gərginliyin davam etməsində maraqlı olan dövlətlər də var. Bəzi ölkələrin, məsələn Fransanın sülhə qarşı olmasının səbəbləri daxili faktorlardan qaynaqlanır. Eyni zamanda, Orta Dəhlizə görə regionun xüsusi əhəmiyyətə malik olması Aİ şirkətlərinin bölgəyə marağını artırır. Ona görə də iqtisadi mənada Aİ son nəticədə münaqişənin sülh yolu ilə həllində maraqlıdır”, - deyə Laszlo qeyd edib.

Sülhə kim mane olmaq istəyir?

Azərbaycanla Ermənistan arasındakı əsirlərin mübadiləsi və hökumətlərin birgə bəyanatlarını müsbət qiymətləndirən Laszlo, hələ də sülh üçün vasitəçilərin iştirakına ehtiyacın olduğunu vurğulayıb:

“Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh prosesində hələ bir müddət vasitəçilərə ehtiyac olacaq. İki ölkə arasında münaqişə o qədər dərindir ki, tərəflər bir-birinin niyyət və planlarını başa düşməkdə çətinlik çəkirlər.

Bundan əlavə, Ermənistan tərəfində sülh prosesinə təkcə ölkənin hökuməti baxmır. Eyni zamanda Qərbi Avropa və Amerikada yaşayan, hətta maraqları Ermənistan hökumətinin niyyətlərindən fərqli ola bilən erməni diasporu da prosesə cəlb olunub. Digər tərəfdən, Ermənistan diasporun verdiyi yardımlardan asılıdır.Rəsmi İrəvan xaricdə yaşayan ermənilərin iradəsini nəzərə almadan addım ata bilməz. Diasporun iradəsi isə bir çox hallarda milli maraqlara deyil, böyük güclərin geosiyasi oyunlarına xidmət edir”.

Tehran Orucoğlu
Tarix: 14-12-2023, 13:51
Xəbəri paylaş





Xəbər lenti