"Geo-siyasi mərkəzlərə lazım olsa, artsax respublikasını 5 dəqiqəyə bərpa edərlər..."
"Bu fərmana baxmayaraq, bütün tərəflər artsax məsələsinin bağlanmadığını aydın şəkildə başa düşürlər".Moderator.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının suveren ərazisində Rusiyanın himayəsi altında 32 il fəaliyyət göstərmiş qondarma separatçı-terrorşu rejimin lyanvarın 1-dənəğvi ilə bağlı sonuncu üzdəniraq "prezident" Samvel Şahramanayanın fərmanını şərh edən erməni politoloq Armen Badalyan söyləyib.
“Əgər bu geosiyasi mərkəzlərə, Rusiyaya və ya ABŞ-a lazım olsa və ya artsax ərazisində öz nəzarətini bərqərar etmək nöqtəsinə gəlsələr və orada yenidən dövlət strukturunun olmasını istəsələr, problem yoxdur, onlar 5 dəqiqədə artsax respublikasını(qondarma-S.L.) bərpa edəcəklər. Bu fərmanlar və ya sənədlər tarixdə bir anda neytrallaşdırılan və yoxa çıxan proseslərdir, əgər onları yenidən bərpa etmək lazımdırsa, problem yoxdur, Rusiya Federasiyası və ya ABŞ bu respublikanı(qondarma-S.L.) dərhal artsaxda bərpa edəcək”.
Politoloqun fikrincə, Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda qalacaq, çünki Rusiya tərəfi Cənubi Qafqaza nəzarət vəzifəsi ilə üzləşib.
“Ruslar Cənubi Qafqaz olan Orta Dəhliz üzərində öz nəzarətlərini saxlamaq istəyirlər və hazırda onu Gürcüstan, Ermənistan, Azərbaycan daxil olmaqla tam olaraq kimin idarə edəcəyi uğrunda mübarizə gedir. Sülhməramlılar Rusiya tərəfinin nəzarətinin detallarından biridir, Qarabağda onların varlığından məhrum olmaq istəmirlər. Çünki onlardan məhrum olarlarsa, Moskvanın yeganə ümidi Gümrü hərbi bazası və Cənubi Osetiyadakı baza olacaq. Ona görə də onlar Qarabağda daimi olaraq qalmağa çalışırlar”, - deyə A.Badalyan vurğulayıb.
Tarix: 18-12-2023, 09:38