“Putinin növbəti müddətə prezident "seçilməməsi" ehtimalı, az da ola, varmı?.."
“Hesab edirəm ki, ölkəyə, demək olar, 24 ildir ki, rəhbərlik edən Rusiyanın hazırkı prezidenti Vladimir Putinin “seçilməməsi” ehtimalı sıfıra bərabərdir. Çünki hamımız bildiyimiz kimi, Rusiyada, xüsusən son 3 onillikdə azad seçkilər keçirilmir. Ölkədəki çap mətbuatı, elektron media və telekanallar hakim zümrənin nəzarəti altındadır”.
Bu fikri Moderator.az-a açıqlamasında “Sizcə, Rusiyada mart ayında keçiriləcək prezident seçkilərində Putinin növbəti müddətə prezident “seçilməməsi” ehtimalı, az da olsa, varmı?” sualını cavablandırarkən beynəlxalq məsələlər üzrə şərhçi Elxan Mehdiyev ifadə edib.
“Seçki komissiyaları da bizim bildiyimiz tərzdə təşkil olunur. Putinin rəqibi, hazırda da həbsdə olan Aleksey Navalnının bu günə qədər üzləşdiyi dəhşətlər də hamıya məlumdur. Yəqin ki, Sovet hökümətini yaddan çıxarmayanlar üçün bu seçkilərin nədən ibarət olduğunu təsəvvür etmək çətin deyil”, -deyə şərhçi açıqlamasının davamında vurğulayıb.