Susmaq hər zaman “qızıl” deyil. Parlamentdə secicilərinin səsini alıb, rahat kresloda əyləşən millət vəkili danışmalı, secicilərinin, xalqın problemini dilə gətirməlidir. Ancaq keçən zaman ərzində parlamentdə hələ də danışmayan “susmaq hər zaman “qızıl”dır”- deyən millət vəkilləri var. Əslində “Parlament sözünün mənası danışmaq, müzakirə aparmaqdır…”. Amma bəzi deputatlar parlamentə yalnız yatmağa gəldiyi heç kimə gizlin deyil. Bu yazımızda 2024-cü ildə parlament seçkilərində öz mandatlarını itirə biləcək millət vəkillərimiz haqqında danışacayıq.
2020-ci ildə keçirilən parlament seçkilərində formalaşmış Milli Məclisin iclaslarında 4 il ərzində danışmamağa, susmağa üstünlük verən, passivlik göstərən deputatlara növbəti seçkilərdə namizədliklərini irəli sürməmək artıq siyasi kluarlarda tövsiyə olunub. Etibarlı mənbələrdən bizə çatan məlumata görə, susqun deputatların adları bu dəfə YAP-ın namizədlər siyahısına daxil edilməyəcək.
Son bir-iki ildə dövlətimizə qarşı sosial şəbəkələr üzərindən hücum edən Avropadakı söyüş müxalifətinə cavab verməyən, ölkə prezidentinin müdafiəsi istiqamətində çıxış etməyən, yazı yazmayan deputatlar da kənarda qalacaqların siyahısındadır.
Heç kimə gizlin deyil ki, növbəti seçkilərdə indiki deputatların ən azı 50 faizi mandatsız qalacaq. Hakimiyyət onların parlamentə düşməsinə “qırmızı işıq” yandıracaq. Böyük ehtimalla, hakim partiyanın deputatlığa namizədlər siyahısında indiki deputatlarının ən azı yarısının adı olmayacaq. Bitərəf adlanan və YAP-dan sonra parlamentdə çoxluq baxımından ikinci sırada olan bitərəf deputatların da yarıya qədəri namizəd olmayacaqlar. Qaydaları pozub namizədliyində israr edənlər isə şübhəsiz ki, mandat əldə edə bilməyəcəklər.
Bu gün parlamentdə səsi gəlməyən deputatlardan biri Cəlilabaddan millət vəkili seçilən Malik Həsənovdur. Malik Həsənov parlamentin ən susqun və yaxud danışmayan millət vəkilidir.
Parlament sözünün tərcüməsi danışmaq, müzakirə aparmaqdır. Bu illər ərzində həmin Malik Həsənov susmağı qızıl sayıb. Ən dəhşətlisi odur ki, başı biznesə qarışan millət vəkilini heç öz seciciləri də tapa bilmir. Malik Həsənovla bərabər ən susqun millət vəkillərindən biri Beyləqandan millət vəkili seçilən Şahin İsmayılovdur. Malik Həsənov kimi, seciciləri son 4 il ərzində Şahin İsmayılovu axtarmaqla məşğuldurlar. Hər gün ümidlə televiziyada bu gənc millət vəkilini görəcəklərini ümid etsələr də Şahin İsmayılovun üzü də onları yadından çıxıb. Müharibənin ən qızgın anında, şəhidlərimizin dəfnində nə Malik Həsənov, nə də Şahin İsmayılov ortada yox idi. Vətən müharibəsində ən çox şəhid verən bu iki rayonun deputatları öz secicilərinin övladlarının dəfnində iştirak etməyi özlərinə sığışdırmadılar. Onların susmaq qızıl, gizlənmək qəhrəmanlıqdır prinsipi onların xeyrinə yox ziyanına işləyib. Böyük ehtimalla bu iki deputat öz mandatlarını bu seçkilərdə itiricəklər.
Ulusal.az