"Azərbaycan hücum edərsə, Rusiya Ermənistana kömək edəcəkmi?"-Rusiya səfiri...


"Özü də biz hələ bu regionu tərk etmirik, çünki burada sülh və sabitliyin olması bizim üçün çox vacibdir...".
 

Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu sualı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə Ermənistan ictimai televiziyasının aparıcısı verib.
Səfirin cavabı  bu cür olub:
 
"Rusiya Federasiyasının Ermənistanla müttəfiqlik müqavilələrini şübhə altına aldığını söyləmək üçün heç bir əsasım yoxdur, lakin bir səfir kimi hipotetik hadisələri müzakirə edə bilmərəm. Bununla belə, biz Ermənistan tərəfinin Rusiya danışıqlar platformasında işləmək istəyini görmürük. Biz məcbur edə bilmərik. Özü də biz hələ bu regionu tərk etmirik, çünki burada sülh və sabitliyin olması bizim üçün çox vacibdir".
 
Tele-aparıcının "Niyə üçtərəfli sazişə əməl etməməkdə Azərbaycan deyil, Ermənistan günahlandırılır?"   sualını isə Rusiyanın elçisi belə cavablandırıb:
 
"Hər şeydə Ermənistanın və yalnız Ermənistanın günahkar olması barədə mesajlar doğru deyil. Rusiyanın mövqeyi bu şəkildə ifadə olunmayıb, lakin Rusiya Federasiyası tənqid olunanda onun nümayəndələri təbii olaraq öz mövqeyini bildirir və mübahisəli hadisələri izah edirlər"...
 
S.Laçın
Tarix: 29-12-2023, 09:24
Xəbəri paylaş





Xəbər lenti