“Prezidentin çıxarmaq istədiyi nazirlər var” — ŞOK AÇIQLAMA

“Prezidentin çıxarmaq istədiyi nazirlər var” — ŞOK AÇIQLAMA

Milli Məclisin sabiq deputatı, politoloq Cümşüd Nuriyevin “Yeni Sabah”a müsahibəsi:

- Prezident seçkilərindən sonra hökumət yenidən formalaşacaq. Yeni hökumətin tərkibində hər hansı ciddi bir dəyişiklik gözlənilirmi?


- Kabinənin dəyişməsi Konstitusiya ilə Prezidentin səlahiyyətində olan məsələdir. Çünki Prezident həmişə deyir ki, o, nəyi nə vaxt və necə edəəcyini dəqiq bilir. Ona görə də bizim irəli sürdüyümüz fikirlər iddia olaraq qalır. Kim hansı nazirlikdən və qurumdan narazıdırsa, təbii ki, onun rəhbərinin getməsini istəyir. Ona görə də mətbuata danışanda həmin nazirin gedəcəyi mesajını verir. Bu adamlar bir növ özünü sakitləşdirir ki, mən dedim, bundan sonrasını isə Prezident etsin. Lakin mən kimin gedəcəyini deyə bilmərəm. Mövcud qanunvericiliyə görə, əslində, 5 ildən artıq işləyən nazirlər dəyişilməlidir. Cənab Prezident belə bir fikir söyləmişdi ki, onlar rotasiya qaydasında dəyişdirilsin.

- Sizcə, indiki nazirlərdən hansı postunu qoruya bilməyəcək?

- Reallığa qalsa, Azərbaycan hökumətinin 70-80%-i dəyişilməlidir. Bir-iki naziri çıxmaq şərti ilə vəzifəsini icra edə bilməyən nazirlər kifayət qədərdir. Hətta eşqə düşənlərdə var, yəni elələri var ki, heç ona layiq olmadığı halda belə nazir olmaq istəyir və hazırda ölkə daxilində belə qruplaşmalar, dəstələr çoxdur. Təəssüf ki, Azərbaycanda traybalizm (tayfa düşüncəsi) çox güclüdür. İnsanları işi bilməsinə görə seçmirlər, əksinə, hansı qrupa mənsubdursa, onun təbliği ilə məşğuldurlar, onu gündəmə gətirirlər. Amma dünya praktikasında bir vəzifədə uzun illər qalan nazirlər ən çox Azərbaycandadır. Ölkədə stajlı nazirlər mövcuddur.

- Demək istəyirsinzi ki, onlar qəbul edilmir...

- Diqqət etsək, cəmiyyət onların bir hissəsini qəbul etsə də, müəyyən hissəsini qəbul etmir. Çünki Azərbaycan maraqların olduğu yerdir, milləti və dövləti düşünənlər çox azdır. Vəzifədə olanlar ətrafında bir qrup media saxlayır və onların əli ilə xoşu gəlməyən adamlar haqqında mətbuata materiallar ötürürlər. Artıq belə bir fikir ortaya çıxır ki, onlar hansısa nazirin getməsi üçün bir baza yaradıblar. Əslində, heç bir baza yaratmayıblar. Ona görə ki, burada şəxsi maraqların üstünlüyü Azərbaycan reallığında özünü göstərir. Bu mənada proqnozlaşdırmaq olmur ki, Baş nazir, yaxud müavinləri kim olacaq, hansı nazirlər qalacaq, hansıları gedəcək. Bu, bir qədər çətin məsələdir.

- Onlar ətrafında bir qrup media saxlayır dediniz...

- Bəli, fikrimcə, mətbuat burada çox böyük səhv edir. Bəlkə də Prezidentin çıxarmaq istədiyi nazirlər var. Amma mətbuat onu təsdiqləyib qoyur ki, bu nazirlər gedəcək. Ümumiyyətlə, bütün dövlətlərlə cəmiyyəti təəccübləndirmək sindromu var. Nəticədə Prezident həmin adamları işdən çıxarmır. Ola bilər ki, bir az sonra dəyişsin, lakin həmin anda dəyişmir. Ona görə də mətbuat, yaxşı olardı ki, Prezidentin səlahiyyətlərinə müdaxilə etməsin.

- Azərbaycanda elə rayonlar var ki, oradan 2-3 nazir var, Elə bölgə də var ki, bütöv bölgədən bir nazir də yoxdur. Məsələn, Şirvan bölgəsini hökumətdə təmsil edən bir adam yoxdur. Yəni bölgələri bu dərəcədə pisikdirmək olmaz. Mən bunları deməyə utanıram, amma görün, bizi nə günə qoyublar ki, biz hansı bölgədən olmağımızı dilə gətiririk ki, biz varıq. Ölkədə bəzi şeyləri özəlləşdiriblər.

- Sizin iddia etdiyiniz klanlaşma hansı sahədə çoxluq təşkil edir?

Əslində, biz bu məsələni əsas götürməliyik. XXI əsrin 2024-cü ilinə qədəm qoyuruq, amma hələ də feodal düşüncələrlə hərəkət edirik. Aparıcı vəzifələrdə eyni yerdən olanların qohum-əqrəbaları, yaxud kürəkən və yeznələridir. Biz bu düşüncə tərzi ilə Prezidentdən də istəyirik ki, filankəsi çıxar, filankəsi vəzifəyə qoy. Onlar elə bir iddia irəli sürürlər ki, gəl-görəsən. Axı siz kimsiniz?! Onsuz da İlham Əliyevin reytinqi o qədər yüksəkdir ki, ona qarşı olan kampaniyaların heç bir əhəmiyyəti yoxdur.

Azərbaycanda müstəqillikdən bəri vəzifədə oturan “n” qədər adam var. Özü də vəzifədən gedəndə yeirnə oğlunu gətirir. Nə deməkdir bu?! Onsuz da nazir getsə də, həmin sistem yenə də qalacaq. Adicə, universitetə rektor gələndə öz qohum-əqrəbasını qapıçısından tutmuş fakültələrə qədər yığır. Eynilə polis, prokurorluq, icra hakimiyyətlərində də analoji vəziyyət hökm sürür. Düşünürlər ki, müvəqqəti gəliblər deyə ölkəni çapıb-talamaq lazımdır. Azərbaycanda insan faktoru yox, bölgə faktoru rol oynayır. Eləcə də bu işlərə rəhbərlik edən klan başçılarını da buraya daxil etmək olar. Çünki ölkəmizdə klanlaşma çox güclüdür.
Tarix: 30-12-2023, 11:14
Xəbəri paylaş





Xəbər lenti