“Bu, Fransa tərəfindən gerçəkləşdirilən siyasi şoudur” - deputat

“Bu, Fransa tərəfindən gerçəkləşdirilən siyasi şoudur”
“Fransa tərəfindən Ermənistanın silahlandırılması ilə bağlı atılan addımlar Paris tərəfindən gerçəkləşdirilən siyasi şoudur”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Fransanın Ermənistana verdiyi silahlar köhnədir və müasir standartlara cavab vermir:

“Fransa köhnə silahları Ermənistana verməklə guya onu silahlandırır. Əslində isə bu silahlar heç nəyə yaramayan silahlardır.

Hamıya məlumdur ki, Azərbaycanın kifayət qədər müasir ordusu və müasir silahları var. Ona görə də bu hədə-qorxular sadəcə siyasi şoudur”.
Tarix: 4-01-2024, 23:09
Xəbəri paylaş





Xəbər lenti