Avropa Şurası özünə tezbazar sədr seçir: Yeni varisin adı açıqlandı

Avropa Şurası özünə tezbazar sədr seçir: Yeni varisin adı açıqlandı
İtaliyanın keçmiş baş naziri Mario Dragi Avropa İttifaqı Şurasının prezidenti postuna namizəd kimi nəzərdən keçirilir.

Bu barədə “Financial Times” Avropa İttifaqındakı mənbələrinə istinadla xəbər verib.

Nəşrin həmsöhbətlərinin fikrincə, Draginin hazırkı sədr Şarl Mişelin varisi olmaq üçün bütün şansları var.

“Dragi elə bir fiqurdur ki, onun arxasında real hərəkətverici qüvvə varsa, ona qarşı çıxmaq çox çətin olacaq. Bununla belə, Aİ-nin onu, həqiqətən, dəstəkləməyə hazır olub-olmadığı hələ aydın deyil”, - deyə mənbədən vurğulanıb.
Qeyd edilir ki, Avropa İttifaqının qaydaları, Avropa Şurasının sədri seçilənədək heç bir namizədin razılaşdırılmadığı təqdirdə, tanınmış avroskeptik olan Macarıstanın baş naziri Viktor Orbanın bu vəzifəni tutmasına imkan verəcək. Mişelin varisinin tapılmasının aktuallığı da qismən bununla əlaqədardır.

Nəşr xatırladır ki, Macarıstan iyulun 1-dən altı ay müddətinə Aİ-yə sədrlik edəcək.

Xatırladaq ki, Ş.Mişel daha əvvəl Avropa Parlamentinin üzvü olmaq üçün yayda vəzifəsini tərk edəcəyini bildirmişdi.
Tarix: 10-01-2024, 09:06
Xəbəri paylaş





Xəbər lenti