Zəngəzur dəhlizi açılmır, Türkiyə-Ermənistan sərhədi bağlı qalır: - İrəvanı gözləyən fəlakət

Zəngəzur dəhlizi açılmır, Türkiyə-Ermənistan sərhədi bağlı qalır:
“Dəhliz məsələsi Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin ən vacib elementidir”.

Bu sözləri ehtiyatda olan general Yücel Karauz Publika.az-a açıqlamasında deyib.

O əlavə edib ki, Ermənistan müxtəlif zamanlarda Qərbin və imperiya sferasının aləti olub:

“Yox olmaq üzrə olan bir ölkə beynəlxalq hüquqa uyğun olaraq 44 günlük müharibədən sonra üçtərəfli müqavilə imzalayıb. Üçtərəfli sazişdə ən vacib maddə qarşılıqlı olaraq dəhlizlərin açılmasıdır. Ona görə də Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Zəngəzur dəhlizi açılmasa, sülh olmayacaq. Təbii ki, Zəngəzur dəhlizi açılmadığı təqdirdə Azərbaycan alternativ yollar hazırlayıb. Belə ki, İran ərazisindən keçəcək dəhlizlə Orta Asiya ilə Türküstan coğrafiyasına ən qısa istiqamətdən çatacaq yol istifadəyə veriləcək”.

Politoloq Türkiyə-Ermənistan sərhədlərinin açılamsı məsələsinə də toxunub. Bildirib ki, bunun reallaşması Zəngəzur dəhlizinin açılmasından asıldır:

“Zəngəzur dəhlizi açılmasa, Türkiyənin Ermənistanla sərhədlərini açması mümkün deyil. Türkiyə və Azərbaycan bu məsələdə birgə məsləhətləşir və qərarlar qəbul edirlər. Bu prizmadan baxanda Ermənistan odla oynamağa davam edir. Əgər kimsə odla oynasa, yanar. Sülh müqaviləsinin hər gecikdiyi gün Ermənistanı fəlakətə aparır”.
Tarix: 17-01-2024, 12:50
Xəbəri paylaş





Xəbər lenti