YAP -ın keçmiş təşkilat sədri hakim partiyanın namizədinə rəqib olur

YAP -ın keçmiş təşkilat sədri hakim partiyanın namizədinə rəqib olur
Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının keçmiş sədri Ramil Orucov hakim partiyanın 1 sentyabr parlament seçkilərində irəli sürdüyü namizədə rəqib olacaq.

Həmin dairədən hakim partiya deputat Müşfiq Cəfərovu irəli sürüb.

Gununsesi.info-nun xəbərinə görə, Ramil Orucov namizədliyini 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən elan edib.

Qeyd edək ki, Ramil Orucov Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə də çalışıb.
Tarix: 18-07-2024, 21:52
Xəbəri paylaş





Xəbər lenti