YAP onu Kəlbəcərdən deputat görmək istəyirmi? - YOXSA...
Yeni Azərbaycan Partiyası ölkənin 125 seçki dairəsi üzrə namizəd elan etsə də onların 30-40 nəfəri formal xarakter daşıyır. Ona görə hakimiyyət həmin namizədlərə alternativ kimi irəli sürülən bəzi partiya sədrlərini və bitərəflərin seçilməsinə kömək edəcək. Bunlardan biri də 123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa müstəqil namizəd olan Cəlil Qasımlı adlı şəxsdir. Kəlbəcərlilərin də tanımadığı bu şəxsin birdən birə deputatlıq iddiasına düşməsi rayon sakinləri arasında müzakirələrə səbəb olub. Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Cəlil Qasımlı bir neçə il əvvəl Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 15 nəfər ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinə görə açılmış cinayət işi çərçivəsində həbs olunmuş baş fiqurant – “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. Qeyd edək ki, Miryusif Mahmudov bir neçə illik həbs həyatından sonra azadlığa buraxılıb. Onun kürəkəninin namizəd olmasına gəlincə, məlumatda bildirilir ki, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışan Cəlil Qasımlı iqtisadiyyat naziri Mikayıl Cabbarovun xeyir-duası ilə namizəd elan olunub. Onu da qey edək ki, YAP-ın Kəlbəcərdən deputatlığa namizədi Aidə Əhmədova adlı məktəb direktorudur.