Azərbaycanın 2 şirkəti ABŞ sanksiyasına məruz qaldı! Rusiyaya görə daha 492 şirkətə də...

2022-ci ilin fevralında Ukraynada müharibənin başlanmasından 2024-cü ilin birinci yarısının sonuna qədər 57 ölkədən 494 şirkət Rusiya ilə əlaqələrə görə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalıb.
Musavat.com xəbər verir ki, bu, Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru İvan Timofeyevin “Vedomosti” ilə bölüşdüyü hesablamalarda əksini tapıb.
Sanksiyaların əsas səbəbi elektronika və sənaye mallarının Rusiyaya tədarükü, habelə artıq sanksiya tətbiq edilən şəxslərə sanksiyalardan yayınmaqda köməklik olub.
Postsovet məkanından Qırğızıstanda 10 şirkət, Moldovada 8, Belarusda 7, Qazaxıstanda 4, Ermənistanda 3, Azərbaycanda 2, Gürcüstan və Tacikistanda hərəyə bir şirkət belə sanksiyalara məruz qalıb.
Tarix: 26-07-2024, 22:46
Xəbəri paylaş





Xəbər lenti