“Sərhədsiz Reportyorlar”ın hesabatında Azərbaycan yenə sonuncu sıralardadır


Təşkilat may ayında yaydığı hesabatı yeniləyib, həbs və təzyiqlərlə bağlı barometr əlavə edib

"Sərhədsiz Reportyorlar” (RFS) 2024-cü il üçün mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan yenə sonlardadır – 164-cü yer. RFS-nin bu dəfəki hesabayı "Avropa və Mərkəzi Asiya: Kremlin zərərli siyasi təsiri” – adlanır. Sənədin Azərbaycanla bağlı hissədində bildirilir ki, prezident seçkiləri ərəfəsində KİV-ə qarşı repressiya dalğası ilə əlaqədar bütün göstəricilərin, xüsusən də siyasi göstəricilərin enməsi müşahidə olunur: "Azərbaycan hakimiyyəti plüralizmin istənilən formasını məhv edib və 2014-cü ildən bu yana tənqidçilərə qarşı amansız müharibə aparır. Demək olar ki, bütün KİV sektoru rəsmi nəzarət altındadır, dövlət televiziyası isə ən əlçatan informasiya mənbəyidir. Ölkədə bir dənə müstəqil televiziya və ya radio yoxdur, bütün çap tənqidi nəşrlər bağlanıb. Dövlət senzurasına məruz qalan "Azadlıq” və "Meydan” TV kimi müstəqil xəbər saytlarının əksəriyyəti xaricdə yerləşir”.

RFS bildirir ki, Azərbaycan hakimiyyəti hazırda qalan sonuncu müstəqil KİV və jurnalistləri susdurmaqla məşğuldur. 

İnformasiya əldə etməsi məhdudlaşdırılıb, dövlət orqanları müstəqil jurnalistlərin suallarına cavab verməkdən imtina edirlər. 

Hesabat müəllifləri qeyd edirlər ki, Şərqi Avropada və Mərkəzi Asiyada da vəziyyət pisləşib. 

Hazırda əksər ölkələrdə mətbuat azadlığına zəmanət verilmir, KİV-dən isə getdikcə dezinformasiya yaymaq üçün istifadə olunur.

Rusiya (162-ci yer) müstəqil jurnalistikaya qarşı səlib yürüşünü davam etdirir. 

Ukraynaya hücumdan sonra 1500-dən çox jurnalist ölkəni tərk edib. Hökumət tərəfindən "xarici agentlər” və ya "arzuolunmaz” kimi qeyd olunmuş jurnalistlərin və KİV-in siyahısı artmaqda davam edir, jurnalistlər əsassız həbslərə məruz qalmağa davam edirlər.

Bu zonada Rusiya ilə yalnız iki dövlət rəqabət aparır: Belarus (167-ci yer), rejim "ekstremizmə” qarşı mübarizə bəhanəsilə jurnalistləri təqib edir və Türkmənistan (175-ci yer) məhdudiyyətsiz səlahiyyətlərə malik Prezident istənilən müstəqil informasiyanı qadağan edir.

Gürcüstan (103-cü yer) nəzərəçarpacaq dərəcədə geriləmə nümayiş etdirir, 26 pillə geriləyib: ölkədəki hakim partiya cəmiyyətin qütbləşməsini qoruyub saxlayır, Moskva ilə yaxınlaşmanı inkişaf etdirir və mətbuat azadlığına qarşı getdikcə düşmən siyasət yürüdür.

Hesabatda Azərbaycanla bağlı deyilir ki, KİV-in tənzimlənməsi üzrə agentliklərinin rəhbərləri, eləcə də Jurnalistlər Federasiyası hökumət tərəfindən təyin olunur. Hakimiyyət hökumətin tənqidçilərinə qarşı kompromat dərc etmək üçün hökumətyönlü KİV-dən istifadə edir. 

Hesabatda bildirilir ki, son 20 ildə KİV haqqında qanunvericilik daha repressiv hala gəlib, 2022-ci ilin fevralında qüvvəyə minən KİV haqqında qanun senzuranı leqallaşdırır. KİV-ə təsir edən bir neçə başqa qanun da ölkənin söz və mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini pozur. 

Bundan əlavə, "Facebook” və ya "YouTube” kimi platformalarda hökuməti tənqid edən istənilən sosial media istifadəçisi ağır cəzalara məruz qalır: "2014-cü ildən xarici donorlarla əməkdaşlıq qadağan edilib. Hökumət reklam sektoruna nəzarət etdiyi üçün müstəqil KİV davam gətirə bilmir. Həmçinin hökumətyönlü KİV pul dotasiyaları və rəsmi subsidiyalar alır. Hakimiyyət mənzil və ya digər maddi rifah qarşılığında jurnalistləri ələ alaraq öz tərəfinə çəkir. Təqiblərə, şantajlara və ya rüşvət cəhdlərinə müqavimət göstərən jurnalistlər absurd bəhanələrlə həbsxanaya atılır”.

"Son 20 ildə heç bir məmur və ya polis əməkdaşı jurnalisti vurduğuna və ya təhqir etdiyinə görə cəzalandırılmayıb. Bir qayda olaraq, təhlükəsizlik qüvvələrinin nəzarəti altında olan jurnalistlər öz mənbələrinin qorunmasına zəmanət verə bilməzlər. Bakı rejimi ölkəni tərk etmiş jurnalistləri cəzalandırmağa çalışaraq, onların qohumlarını və dostlarını təqib edir, hətta Avropada onları birbaşa təhdid edir”, – hesabatda deyilir.
Tarix: 3-08-2024, 10:08
Xəbəri paylaş





Xəbər lenti