Mustafa Hacıbəyli Azay Quliyevi debata çağırdı


Azay Quliyevi debata çağırıram.
Azərbaycanda ən çox namizədin qeydə alındığı seçki dairələrdən biri 8 saylı Binəqədi birinci seçki dairəsidir. 12 namizəd var və bu ğunlərdə keçirilən sorğular onu göstərir ki, indiki deputat və növbəti dönəm üçün də iqtidarın namizədi olan Azay Quliyev heç ilk üçlükdə yoxdur.
Dairədə olan bütün namizədləri əməkdaşlığa çağırıram. 
Azay Quliyevi isə debata çağırıram. Ona sual verəcəm, necə oldu ki, Əli Həsənovun sağ əli idin, amma o vurulandan sonra da  iqtidarın düşərgəsində qala bildin? Adam dostlarına sadiq qalmazmı?  Əgər bu suala cavab versə, maraqlı debat alınacaq.
Mustafa Hacıbəyli, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd
Tarix: 13-08-2024, 07:57
Xəbəri paylaş





Xəbər lenti