Daha bir bənd çərçivə sazişindən çıxarılır - İNCƏLƏMƏ

Daha bir bənd çərçivə sazişindən çıxarılır
Azərbaycanla Ermənistan arasında imzalanacaq çərçivə sazişinin mətnindən daha bir sülh prinsipi çıxarılacaq.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Hayk Mamicanyan “168.jam” nəşrinə müsahibəsində belə deyib.

O, sülh müqaviləsi layihəsini “boş sənəd” adlandırıb.

“Gəlin, verilən açıqlamalar nəticəsində nəyə malik olduğumuza baxaq.

Delimitasiya və demarkasiya məsələsi sülh müqaviləsinə daxil edilməyəcək.

Kommunikasiyaların blokdan açılması məsələsi də sənədə daxil edilməyəcək. Bu sənədin məzmununun nədən ibarət olacağı bəlli deyil.

Saziş səviyyəsində Qarabağın statusu məsələsini nəhayət, bağlamaq üçün növbəti cəhddən başqa, bu sənəddə daha nələr olacaq?”, - deyə Mamicanyan bildirib.

Bakının tərəflərin sülh müqaviləsi layihəsindən kommunikasiyaların blokdan açılması ilə bağlı bəndin çıxarılması barədə birgə qərara gəlməsinə münasibət bildirən deputat hər şeyi öz adı ilə çağırmağa dəvət edib.

Onun sözlərinə görə, Bakı və İrəvan hər hansı birgə qərara gəlməyiblər.

Bu, Bakının Paşinyana diktə etdiyi yeganə qərarıdır”.

Mamicanyan qeyd edib ki, bu qərar Zəngəzur vasitəsilə dəhlizin verilməsi məsələsinin təxirə salınaraq sonra baxılması kontekstində elan edilib.

“Lakin burada bir məsələ var:

9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatını Nikol Paşinyan imzalayıb. Mən demirəm ki, bu ifadədə dəhliz məntiqini nəzərdə tutan bənd var. Amma belə bir sənədi imzalayarkən Baş nazir vəzifəsini tutan şəxs ikili şərhə imkan verməyən bir ifadədə israr etməyə borclu idi”.

Deputat daha bir maraqlı faktı da diqqətə çatdırdı:

Son dönəmdə hakim komandanın nümayəndələri, eləcə də hökumət ətrafındakı ekspertlər dəhliz məntiqi ilə Zəngəzurdan yolun verilməsinin mümkünsüzlüyü barədə getdikcə daha az inkarlar səsləndirməyə başlayıblar.

Müxalifətçi hesab edir ki, bu, onu deməyə əsas verir ki, hakimiyyəti daha çox dəhlizin verilməsi faktı yox, ona kimin nəzarət edəcəyi narahat edirdi. Bu gün həmin layihənin geosiyasi benefisiarları dəyişdikcə, onun mövqeyi də dəyişib.

“Deyilənlərin hamısı müxtəlif geosiyasi mərkəzlərdən verilən bəyanatlar və Ermənistan hakimiyyətinin bu bəyanatlara reaksiyası əsasında çıxarılan qənaətdir”, - Mamicanyan vurğulayıb.

Tarix: 16-08-2024, 10:25
Xəbəri paylaş





Xəbər lenti