İrəvandan Bakıya bu 4 şəxsdən biri gələ bilər – Siyahıda onun da adı var/ FOTO


Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Ermənistan COP29-a dəvət edilib. Bundan öncə isə Azərbaycan XİN bənzər formada İrəvanı dəvət edib.
Azərbaycan Ermənistanın COP29-da iştirakını istəyir. Prinsipcə bu, tarixi hadisə ola bilər. Xüsusilə münaqişənin həlli baxımından İrəvan nümayəndələrinin Bakıya gəlməsi, COP29-da iştirakı mühümdür. İki ölkə rəsmilərinin Bakıda bir araya gəlib sülh istiqamətində danışması prosesin gələcəyi və həlli baxımından yenilik ola bilər.
Ermənistanın COP29-da iştirakına xüsusi bir maneə yoxdur. Rəsmi İrəvan COP29-un Azərbaycanda keçirilməsi üçün həlledici səs verən ölkədir. Yəni təbii olaraq Bakıdakı təbdirə qatıla bilər.
Əlbəttə, İrəvan bu məsələdə ehtiyatlı davranacaq. Hətta Bakının dəvətinə müsbət cavab verməmək ehtimalı da var. Bununla belə, müsbət qərar verərsə, Bakıdakı COP29-a bu 4 şəxsdən ən azı biri gələ bilər:
1. Ermənsitan Prezidenti Vaaqn Xaçaturyan;
2. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan;
3. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan;
4. Ermənistan parlamentinin sədri Alen Simonyan.
Nəzərə alsaq ki, ötən il Dubayda baş tutan COP28 tədbirində Ermənistanı Prezident Vaaqn Xaçaturyan təmsil edib, onda Bakıya da onun gəlməsi daha real görünür.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com




Tarix: 21-08-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti