Azərbaycan Aİ “revizorlarının” sərhəddən çıxarılmasını TƏLƏB EDİR - Ermənistan isə...

Azərbaycan Aİ “revizorlarının” sərhəddən çıxarılmasını TƏLƏB EDİR
Sentyabrın 1-də Praqada keçirilən GLOBSEC forumu çərçivəsində Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan “Ermənistan və Aİ: Prioritetlər, Tərəfdaşlıqlar və Yollar” adlı panel müzakirəsində iştirak edib.

Musavat.com erməni mediasina istinadən xəbər verir ki, nazirin müavini çıxışında Ermənistanın xarici siyasəti haqda geniş məlumat verib.

Vahan Kostanyan Ermənistanla Aİ-yə üzv dövlətlər arasında formalaşmış fəal siyasi dialoqu və əməkdaşlığın möhkəm əsasını vurğulayaraq, həm ikitərəfli formatda, həm də tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm perspektivlərin mövcudluğunu vurğulayıb. Mənbənin məlumatına görə, xarici işlər nazirinin müavini Ermənistan-Aİ əlaqələrinin hazırkı dinamikasından məmnunluğunu ifadə edib, həmçinin bu əməkdaşlığının dərinləşməsini və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş yeni tərəfdaşlıq proqramının formalaşdırılmasının vacibliyini vurğulayıb. Nazir müavini həmçinin, Ermənistanla -Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin əhəmiyyəti və onun sosial-iqtisadi problemlərin həlli kontekstində həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir müavini Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində rolunu yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesinə toxunan Vahan Kostanyan qeyd edib ki, Ermənistan sülh müqaviləsinə dair sayca 10-cu təkliflər paketini Azərbaycana verib. Nazir müavini Ermənistanın Cənubi Qafqazda və regionda sülhün bərqərar olmasına hazır olduğunu deyib. Vaan Kostanyan Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” proqramını təqdim edib və Ermənistanın suverenlik və bərabərlik prinsiplərinə əsaslanaraq kommunikasiyaların açılmasına hazır olduqlarını deyib.

Bir gün əvvəl keçirdiyi mətbuat konfransında da ermıni baş nazir Nikol Paşinyan da deyib ki, avqustun 30-da Ermənistan Azərbaycana yeni təklif təqdim edib: “Bizim sonuncu sülh müqaviləsi layihəsində 17 maddə var. Onlardan 13-ü, o cümlədən preambula tam razılaşdırılıb. Baş nazir qeyd edib ki, sazişin imzalanmasından sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulur ki, bu da bütün mümkün məsələlərin müzakirəsi üçün əlavə platformaya çevriləcək.

Nazir müavinin çıxışında Aİ-nin müşahidəçi missiyası haqda dedikləri isə rəsmi Bakının mövqeyi ilə üst-üstə düşmür. Belə ki, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Amerikanın “Politico” nəşrinə müsahibəsində birmənalı olaraq bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması “Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. (mənbə: haqqın.az)

Yada salaq ki, bir neçə aylıq birbaşa və gərgin danışıqlardan sonra avqustun 30-da Azərbaycan və Ermənistan arasında mühüm saziş imzalanıb. İmzalanmış sənəd sentyabrın 2-də eyni vaxtda dərc olunacaq, bundan sonra tərəflər onun ratifikasiyası üçün dövlətdaxili prosedurlara başlayacaqlar.
Tarix: 1-09-2024, 22:15
Xəbəri paylaş





Xəbər lenti