Dairələrində ikinci olan müxalifətçilər – Müxalifət partiyalarından ən çox səsi hansı namizədlər alıb?

Dairələrində ikinci olan müxalifətçilər – Müxalifət partiyalarından ən çox səsi hansı namizədlər alıb?

Dairələrində ikinci olan müxalifətçilər – Müxalifət partiyalarından ən çox səsi hansı namizədlər alıb?
1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərində bəzi dairələrdə müxalifət namizədləri yüksək səs alsalar da deputat seilə bilməyiblər.
Hurriyyet.az MSK-nın elan etdiyi ilkin nəticələrə əsasən xəbər verir ki, onların sırasında 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Ağ Partiyasının sədri Tural Abbaslı 2536 səs alıb. Qeyd edək ki, həmin dairədən 5674 səslə (62.4 faiz) YAP üzvü Məlahət İbrahimqızı qalib namizəd elan olunub.
Ən çox səs alanlardan biri də 40 saylı Gəncə üçüncü seçki dairəsində Ümid Partiyasının namizədi Salman İmanlıdır, o seçicilərdən 2159 səs alıb. Həmin dairədən isə YAP üzvü Musa Quliyev 13 mindən artıq səslə mandat alacaq.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə müxalifət namizədləri içərisində ən çox səs alan siyasətçidir. MSK-nın məlumatına görə, o, 68 saylı Sabirabad-Şirvan seçki dairəsində 3112 səs qazanıb. Həmin dairədən 12840 səslə VI çağırış Milli Məclisin üzvü Kamal Cəfərov qalib namizəd elan olunub.
Ən qalmaqallı hadisələrin baş verdiyi 70 saylı Naftalan seçki dairəsində bitərəf namizəd Vəfa Nağıyeva 3029 səs əldə edib. Onun rəqibi, VHP sədri Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı 11 mindən artıq səslə lider namizəddir.
43 saylı Sumqayıt ikinci seçki dairəsindən KXCP sədri Mirmahmud Fəttayev 1410 səslə ən çox səs alan müxalif namizədlər sırasındadır. Qeyd edək ki, həmin dairədən Tahir Mirkişili 10 minə yaxın səslə qalib namizəd elan olunub.
Ən çox səs alanlar sırasında REAL Partiyasının daha bir neçə namizədi var: 41 saylı Sumqayıt birinci seçki dairəsindən Toğrul İsgəndərli 1619 səs, 52 saylı Yevlax seçki dairəsindən Rəsul Cəfərov 2800 səs, 114 saylı Şəki ikinci seçki dairəsindən Razim Rzayev 1840 səs alıb.
Sonuncu dairədən tanınmış həkim, ADR-in keçmiş üzvü Adil Qeybulla 2810 səs qazanıb. Amma rəqəmlərdən görünür ki, mandat VI çağırış Milli Məclisin üzvü Vüqar İsgəndərova nasib olacaq.
Bundan başqa 99 saylı Bərdə seçki dairəsindən KXCP-nin namizədi Şahin Əhmədov 1476 səs əldə edib.
MSK-nın elan etdiyi nəticələrdən belə məlum olur ki, seçkilərdə iştirak edən əsas müxalifət partiyasının - Müsavatın namizədləri elə də yüksək səs ala bilməyib. Bunun reallığı nə qədər əks etdirib-etdirmədiyini isə sözügedən partiya açıqlamalıdır.
“AzPolitika.info” 
Tarix: 2-09-2024, 17:29
Xəbəri paylaş





Xəbər lenti