AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı təcili debatlar keçiriləcək


30 sentyabr - 4 oktyabr tarixlərində Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə olunacaq.

Civilazerbaiajn.com
bildirir ki, bu məsələ ilkin olaraq sessiyanın ilk günü - 30 sentyabr gündəliyinə ""Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi" təcili prosedur debatı" (Urgent procedure debate: "Deteriorating situation of human rights, rule of law and democracy in Azerbaijan") adı ilə daxil edilib. https://pace.coe.int/en/files/33709/html

Bu gündəlik təsdiq edilsə, Avropa Şurasındakı mənbələrin məlumatına görə, oktyabrın 3-də mövzu üzrə müzakirələr başlayacaq. Müzakirələrin yekunlarına görə Avropa Şurası Nazirlər Komitəsinin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə Azərbaycana qarşı görüləcək tədbirlər haqqında tövsiyələri qəbul ediləcək.

Qeyd edək ki, sessiyada Vatslav Havel Mükafatı da təqdim ediləcək, üç namizəddən biri həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur.

Azərbaycan-AŞPA münasibətlərində gərginliyiyin yeni mərhələsi Bakının bu ilin yanvarında ölkənin nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasının lehinə səs vermiş deputatların ölkəyə gəlməsinə qadağa tətbiq etməsindən sonra baş verib.

Bir həftə əvvəl İtaliyada konfransda çıxış edən prezident İlham Əliyev bildirib ki, qadağa yalnız Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətləri bərpa edildikdən sonra ləğv oluna bilər.

Bununla əlaqədar olaraq, AFR-in AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe Bakını Avropa Şurasını "şantaj etməyə" deyil, bu təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyə çalışmağa çağırıb, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com
Tarix: 14-09-2024, 22:05
Xəbəri paylaş





Xəbər lenti