Zəngəzur dəhlizi həm də buna görə vacibdir... - Ermənistan KİV
“Afrikada nüfuzunu itirən Fransa və digər Avropa ölkələri uran üçün alternativ mənbələr axtarmağa başlayıblar. Qazaxıstan uranı Rusiya və ya Afrika uranına real alternativ ola bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi politoloq Qriqor Balsanyandır.O hesab edir ki, uranı daşımaq üçün logistika problemi var. “Uran Rusiya vasitəsilə ixrac oluna bilməz. Çünki Qazaxıstan şirkəti Qərbin qara siyahılarına düşə bilər. Qalır başqa yol tapmaq və burada “Zəngəzur dəhlizi” deyilən şeyin mümkünlüyü ortaya çıxır”.
Balasanyanın sözlərinə görə, Qərbin dəhlizin açılması üçün cəhdləri də bununla bağlıdır. “Ona görə də Çarlz Mişel təcili olaraq sülh müqaviləsini imzalamağa və yolları açmağa çağırırdı. O’Brayen beynəlxalq ticarətdən istifadə etməyin vacibliyini də vurğuladı. Amma məlum olur ki, daha vacib bir şey var: Qərb bunun üçün hamını, o cümlədən bizi də qurban verməyə hazırdır”.
Tarix: 15-09-2024, 20:48