Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılır

Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılır “Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.

Siam.az “Report”a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür:
“Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.
Tarix: 24-01-2017, 15:03
Xəbəri paylaş





Xəbər lenti