Pensiyalarla bağlı yeniliklər olacaq- PARLAMENT YENİ QANUN QƏBUL EDƏCƏK

Pensiyalarla bağlı yeniliklər olacaq- PARLAMENT YENİ QANUN QƏBUL EDƏCƏK Azərbaycanda pensiya islahatları ilə bağlı yeni qanunun qəbulu gözlənilir.
Gununsesi.info-nun məlumatına görə, bu haqda yanvarın 26-da Milli Məclisin (MM) qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında sözügedən komitənin sədri Hadi Rəcəbli məlumat verib.
Komitə sədri deyib ki, bununla bağlı qanun layihəsi artıq hazırdır və onun yanvarın 31-də İşçi Qrupunun, fevralın 3-də isə adıçəkilən komitənin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
“Bu, çox ciddi qanundur. Orada çox mühüm məsələlər əksini tapıb. Biz İşçi Qrupunda və komitəmizdə geniş müzakirə etdikdən sonra onu plenar iclasa tövsiyə etməliyik. Daha doğrusu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da iştirakı ilə ayın 3-də keçiriləcək müzakirədən sonra onu fevralın 14-də baş tutacaq plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq”-deyə, H. Rəcəbli daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Tarix: 26-01-2017, 16:31
Xəbəri paylaş





Xəbər lenti