Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi 5 ildən 10 ilə qaldırılır.
Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi 5 ildən 10 ilə qaldırılır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Publika.az -a deyib ki, sözügedən məsələ “Pensiya islahatları haqqında” yeni qanun layihəsində öz əksini tapıb:
“Hazırda 5 il dövlət qulluğu stajı olan şəxslər pensiyaya çıxmaq hüququ qazanırsa, sözügedən qanun qəbul edildikdən sonra isə dövlət qulluğunda 25 illik təcrübəsi olan şəxslər 80 faizlə pensiyaya çıxacaqlar. Yəni, staj müddəti 10 il artırılır”.M.Quliyev təmsil etdiyi komitənin gələn həftə keçiriləcək iclasında da sözügedən məsələyə baxılacığını söyləyib:“Milli Məclisin növbəti plenar iclasında da sözügedən məsələyə baxılacaq. Bu ilin mart ayınadək isə onun qəbulu nəzərdə tutulur. Ola da bilər ki, sözügedən qanun qəbul edildikdən sonra onun qüvvəyə minməsi iyun ayınadək uzansın”.
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi “qalmaqallı qanun layihəsi” kimi tanınan “Pensiya islahatları haqqında” yeni qanun layihəsinin müzakirəsi üçün fevralın 6-a iclas təyin etsə də, sonradan təxirə salınıb.
Tarix: 6-02-2017, 20:58