Qarlı hava şəraiti sabahadək davam edəcək – Proqnozlar Bürosu
“Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”.Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: “Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək”.
G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: “Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir”.
O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.
Tarix: 17-02-2017, 10:04