“Dana qovurması” Almaniyada qızıl medal alıb

“Dana qovurması” Almaniyada qızıl medal alıb Alman Kənd Təsərrüfatı Birliyi Vayisbadendə fəaliyyət göstərən “Mond Star Pastırma Schinkenproduktions GmbH”nin məhsullarından “dana qovurması”nı bu ilin ilk qızıl medalı ilə mükafatlandırıb.
Hazır yeməklər və təzə ətlər sahəsində hər il təşkil edilən keyfiyyət yoxlamaları çərçivəsində toplanan qida mütəxəssislərindən ibarət münsiflər heyəti bir çox məhsul üzərində sınaq aparıb. Bu məhsullar arasından seçilən “Öz Kayseri dana qovurması” münsiflər tərəfindən yekdilliklə bu ilin ən keyfiyyətli təzə ət məhsulu seçilərək “qızıl medal”a layiq görülüb.
Qida sahəsində Almaniyanın ən nüfuzlu təşkilatlarından biri olan Əkinçilik Birliyindən verilən xəbərdə mütəxəssislərin 3 min 900 məhsulu test etdikləri deyilir:
“Laboratoriyalarda bütün məhsulların təzəlik, ümumi görünüş, ləzzət, keyfiyyət kimi meyarlar baxımından sınağı aparıldı. Ayrıca, paket üstündə yazılan məlumatlarla tərkibin uyğunlaşması yoxlandı. Qablaşdırma, məlumatlandırma standartlarına baxıldı. Paketlərin ölçüsü, istifadə asanlığı da qiymətləndirildi. Kənd Təsərrüfatı Birliyi Test Mərkəzinin tərəfsiz mütəxəssisləri şəffaf şəkildə 2017-ci ilin ən yaxşılarını təyin etdi.”
Tarix: 18-02-2017, 16:00
Xəbəri paylaş





Xəbər lenti