DYP-nin istifadəsində “NAZ-Lifan” markalı avtomobillər varmı?
Kamran Əliyev: “Bildiyim qədəri ilə DYP də bu markalı avtomobillər yoxdur, amma...”
Dünyanın bəzi dövlətlərində , eləcə də qonşu İranda dövlət qurumlarının avtomobilə olan ehtiyacı məhz yerli istehsal nümunəsi olan nəqliyyat vasitələri hesabına təmin olunur və bu, məcburidir. Maraqlıdır, Azərbaycan DYP-sində necə, yerli istehsal olan “NAZ-Lifan” markalı avtomobillər varmı və ya alınması üçün sifariş mövcuddurmu?
Moderator.az-ın sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev DYP-nin istifadəsində bu cür avtomobillərin olmadığını bildirdi:
“Hazırda DYP-nin istifadəsində bildiyim qədəri ilə “NAZ-Lifan” markalı avtomobil yoxdur. Lakin onların sifariş edilib-edilmədiyini bilmirəm. Odur ki, bununla bağlı dəqiq nə isə söyləyə bilmərəm”.
Seymur Əliyev
Tarix: 21-02-2017, 23:03