Yer kürəsində qida mütəxəsisləri ərzaq qıtlığını aradan qaldırmaq üçün süni və sintetik qidaların istehsalının sayını və çeşidini artırdıqca sağlıqlı yaşam tərzinin dairəsi daralır. Belə ki, insanlar tox yaşasalar da, qəbul etdikləri gündəlik menünün əziyyətini bir ömür çəkirlər.Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu cür ərzaqlarla qidalanma nəticəsində insanlar daha çox qəbizlikdən əziyyət çəkirlər.
Belə ki, qəbizlik əsasən 3 tipə ayrılır. Bunlardan birincisi, mərkəzi sinir sisteminin pozulması nəticəsində meydana çıxan qəbizlik, ikincisi nəcis refleksi, üçüncüsü isə mexaniki qəbizlikdir. Qəbizliyə gətirib çıxaran başlıca səbəblər səhv qidalanma, hərəkətsiz həyat tərzi, stress və depressiya halları, səyahət, istilik, qarın əməliyyatları, bağırsaq yuyulması, çox spirt və kafeinli içkilərin istifadəsi və sair sayılır.
Qəbizliyin qarşısını almaq üçün yemək yeyərkən tikələri diri-diri udmamaq, əksinə kiçik loxmalar halında yavaş-yavaş çeynəyərək yemək lazımdır.
Yataqdan qalxanda beyin qalın bağırsağın divarındakı əzələlərə mesaj göndərərək sıxılma əməliyyatına başlayır. Bu baxımdan, gəzmək, aerobika və bədən hərəkətləri qalın bağırsağın sıxılmasını asanlaşdırır. Həftədə ən azı 3 dəfə yarım saat sürətli yerimək və ya səhər naharından əvvəl 15 dəqiqə aerobika, ya da yer hərəkətləri etmək qarın əzələlərinin işini təmin edərək, qəbizlik problemini aradan qaldıracaq.
Həmçinin, meyvə-tərəvəz də qəbizliyi aradan qaldırır, işlətmə təsiri yaradır. Bitki qalın bağırsaqlarda maye və mineral ifrazatın yaranmasına təsir edir. Qəbizliyi olanlara alma, quru meyvələr, kəpəkli məhsullar, kök, kərəviz, turp, ispanaq, kələm, cəfəri, şüyüd və kahı yeymələri, bolluca su və yaşıl çay içmələri məsləhət görülür. Bunlarla bərabər taxıl və paxlalılara da laqeyd yanaşmayın.
Gülnaz Qənbərli
Tarix: 11-03-2017, 22:42