Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum olub

Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum olub ABŞ-da təyyarə salonlarında elektron qurğuların daşınmasına qoyulan qadağa “Əl-Qaidə” qruplaşmasının partlayıcı maddəni noutbuk, planşet və digər qurğuların batareyalarında gizlətmək üsulu işləyib hazırlaması ilə əlaqəli ola bilər.
Bunu CBS telekanalına adını gizli saxlayan amerikalı məmur deyib.
Belə hadisələrdən biri 2016-cı ilin fevralında “Daallo Airlines” aviaşirkətinə məxsus təyyarədə baş verib. Həmin təyyarə Somalinin paytaxtı Moqadişodan Cibutiyə uçurmuş. Onun göyərtəsində kamikadze tərəfindən minalanmış noutbukun köməkliyi ilə partlayış törədilib.
Tarix: 22-03-2017, 08:56
Xəbəri paylaş





Xəbər lenti