Azərbaycanda ət yeyənlər ÇOXALIB

Azərbaycanda ət yeyənlər ÇOXALIB Azərbaycanda illik adam başına kəsilmiş ətə görə 31 kiloqram pay düşür.

Unikal.org Dövlət Statistika Komitəsinin saytında Azərbaycanda adam başına düşən kəsilmiş ətin kiloqramını araşdırıb.
Məlum olub ki, hələlik 2016-2017-ci ilin göstəricisi olmasada Azərbaycan 2013, 2014, 2015-ci ildə illik adam başına düşən kəsilmiş ətin payı 31 kiloqram olub. Statistik göstəriciyə əsasən ölkəmizdə 1996-ci ildə kəsilmiş ət payına görə? adam başına 15 kiloqram ət düşürdüsə, 2001-ci ildə bu rəqəm 20 kiloqram, 2012-ci ildə 30 kiloqram və növbbəti illərdə isə 31 kiloqram olub.

Qeyd edək ki, bu göstəriciyə görə Azərbaycan MDB ölkələri içində Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiyadan sonrakı yeri tutur. Növbbəti yerlərdə isə Ermənistan və Özbəkistan gəlir.

Xatıraladaq ki, son iki ildə Azərbaycanda ətin kiloqramının qiyməti iki dəfə bahalaşıb. Təkcə mal ətinin qiyməti 11-12 manat olub.

Siam.az
Tarix: 25-03-2017, 09:37
Xəbəri paylaş





Xəbər lenti