Elman Nigaran:" Çox yaxşı olardı ki, Mikayıl Cabbarov Bakı-Ceyhan neft kəmərindən yox, təhsilimizdən danışsın"

Elman Nigaran:" Çox yaxşı olardı ki, Mikayıl Cabbarov Bakı-Ceyhan neft kəmərindən yox, təhsilimizdən danışsın" “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” deyib Ulu Öndər Heydər Əliyev.

Əlbətdə ki, müəllim adı sözün həqiqi mənasında müqəddəs addır. Bu ada yüksəlmək üçün ən azından fədakarlıq, baçarıq nümayiş etdirmək vacibdir. Müəllim cəmiyyətə hər zaman tərbiyəli, savadlı kadr hazırlayır. Bəzən elə hallarla qarşılaşırıq ki, müəllim-şagird, müəllim-tələbə münasibətləri olduqca biabırçı obraz yaradıb. Açığı, aralarında baş tutan "alver" sonda hansı fəsadların baş verəcəyini danmayaq. Bir sözlə bu gün təhsilimiz kimlərinsə biznesinə qurban verilib. Bəli, son günlər ölkə təhsilindən söhbət açarkən içimizdə nələrin yaşadığı bəllidir.

Problemləri qabarıq şəkildə bürüzə verməsəkdə üz cizgimizdən sehr etməmək mümkün deyil. Əslində, “Cənab nazirin təhsilimizə göstərdiyi qayğı” və bu kimi aldadıçı ifadələrə son qoymaq zamanıdır desəm yanılmaram. Axı hansı qayğıdan söhbət gedə bilər? Məgər gələcəyimizi tapdaq altına atmaqdan yazmaq və yaxud irdalarını bildirmək muxalifətçilikdir? Axı təhsilimizin kimə etibar edildiyi məlumdur.

Təhsil naziri Mikayıl Cabbarov “Zurna tv” internet televiziyasına verdiyi müsahibəyə diqqət yetirək. Təhsil tv-nin aparıcısı Cəsarət Valehov “cənab nazirə” təhsil sahəsindən sual ünvanlayır. Görün bizim gənc nazirimiz hansı cavabı verir. Ay sənə qurban olum, Tiblis -Bakı- Ceyhan neft kəmərinin təhsilimizə nə aidiyyəti var? Sosial şəbəkədə yayımlanan video olduqca gülünc qarşılandı.

Əlbətdə ki, ünvanlanan sual birbaşa təhsilimizin daxilində baş verə biləcək problemlərin qarşısı alınması üçün hesablanmışdı. Lakin uzaq görən nazirimiz gah təhsilimizdən, gah Tiblis -Bakı- Ceyhan neft kəmərindən söhbət açdı. Üstəlik nala-mıxa vura-vura pürrəngli çaydan içib gülümsəyirdi. İnanın, rüsvayedici video bəlkədə Cəsarət Valehovu bitirəcək qədər ciddidir.

Reallıq isə ondan ibarətdir ki, Mikayıl Cabbarov təhsilin sirlərini mükəmməl qavramalı və bundan sonra belə bir önəmli vəzifəyə sahib çıxmalıdır. Tam səmimi etiraf edim ki, eks-nazir Misir Mərdanovun təhsil sahəsində kifayət qədər xidmətləri oldu.

Hətda M. Mərdanov tərəfindən təhsilimizə verilən töhfələr günü bu gündə lazımı qaydada xərclənir. Əfsüslər olsun ki, peşəkar bir kadır görəvdən alındı və posta peşəkar biznesimen Mikayıl Cabbarov təyin edildi. Müsahibədəndə aydın görünür ki, nazirimiz təhsildən deyil, daha gəlirli sahədən yəni neft biznesindən anlayışı olan şəxsdir. Cənab nazirimizə bir lətifəni xatırlatmaq özümə borc bildim. Yaponiya kimi bir dövlətin ölkə başçısına sual verilir ki, "Sizin dövlət nə üçün bu qədər inkişaf eidb?" Cavabında ölkə başçısı deyir. " Bilirsinizmi Yaponiya dövləti nə üçün bu qədər inkişaf edib? çünki ölkədə hərə öz işi ilə məşğuldur". Kaş o xoşbəxtçilik bizədə nəsib olaydı. Yenədə qayıdaq təhsilimizə. Cənablar, axı təhsilimiz gələcəyimizdir.

Dosye.az
Tarix: 27-03-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti