Ölümün neçə ay öncədən başladığını bilirsiniz?

Ölümün neçə ay öncədən başladığını bilirsiniz? Normal şərtlərdə ölüm özünü 3 ay əvvəldən bəlli etməyə başlayır

Ölüm qaçılmaz sondur, ancaq hamımızı qorxudur. Sevdiklərimizi, doğmalarımızı buraxıb getmək, etmək istədiklərimizi tamamlaya bilməmək, ya da nə olduğunu bilmədiyimiz bir yola çıxmaq adamı bir qədər ürküdür. İnsanlarda belə bir təsəvvür var ki, bir anın içində ölüb gedə bilərik. Amma normal şərtlərdə ölüm özünü 3 ay əvvəldən bəlli etməyə başlayır. Bəs üç əvvəldən başlayan ölümün mərhələləri haqqında nə bilirik? Sputnik Azərbaycan xarici mediaya istinadla ölümün yaxınlaşmasının insanlarda hansı əlamətləri üzə çıxardığını təqdim edir. Ölüm yolçuluğu başlayır Biri ölümün yaxınlaşdığının fərqinə varmağa və onu qəbul etməyə başladığı zaman ətrafından uzaqlaşmağa başlayır. Bu, insanın dünyadan və dünyadakılardan ayrılma müddətinin başladığını göstərir. Dostların, qohumların, qonşuların, hətta ailə üzvlərinin belə onu ziyarət etmək istəyini rədd edir. Ziyarəti qəbul etdikdə isə bu ona mənfi təsir göstərir və xoşuna gəlmir. Öz həyatları barədə düşünür, xatirələri yada salırlar. Yəqin dünyasını dəyişən yaxınlarınızın tez-tez keçmiş xatirələri yada saldıqlarını, hətta əvvəllər heç dilə gətirmədikləri şeyləri danışdıqlarını müşahidə etmisiz. Onlar necə bir həyat yaşadıqlarını təhlil edir və bəzi şeylərə görə peşman olurlar. Ölmək üzrə olan adamların iştahı azalır və arıqlayırlar. Bədənin hərəkəti yavaşımaya başlayır və əvvəllər olduğu kimi yeməklərdən enerji almağa ehtiyac duymur. Bir vaxtlar zövq aldığı şeylər artıq onu cəlb etmir. İstədiyi yeganə şey yatmaq olur. Dəyişən orqanizm kimyəvi baxımdan da aşınmaya məruz qalır. Onlar aclığı və susuzluğu hiss etmir, yemək yeməyəndə əziyyət çəkmirlər. Ölümə iki həftə qalmış nə baş verir? Ölüm yolçuluğuna çıxmış adamlar günlərinin çoxunu yatmaqla keçirirlər. Belə insanlarda orientasiya pozğunluqlarına çox rast gəlinir və məsələlərə reaksiyaları dəyişir. Bu adamlarda gizli düşmən qorxusu yaranır və onlar məğlub olmamaq hissi ilə yaşayırlar. Onların başlıca əlamətlərindən biri hallüsinasiyalar görmələridir. Bəzən onların yanında olmayan adamlarla danışırlar. Bu adamlar isə əsasən ölmüş insanlar olur. Onlar üçün həyatla gələcək arasındakı pərdə qalxır. Bu adamların hərəkətləri məqsədsiz olur və başqaları üçün heç nə ifadə eləmir. Onlar nə etmək istədiklərini bilmirlər və hadisələrə qeyri-adekvat reaksiya verirlər. Çünkü getdikcə bu dünyadan uzaqlaşırlar. Fiziki dəyişikliklər İnsanın bədəni özünü mühafizə etməyə çətinlik çəkir. Bədəndə bir sıra işarələr görünür: bədənin temperaturu aşağı düşür, qan təzyiqi düşür, nəbz nizamsızdır, gah yavaş vurur, gah da tez-tez, tərləmə artır, bədən haldan-hala, rəngdən-rəngə düşür. Ölməkdə olan orqanizm solğun və maviyə çalan rəngdə olur. Bu rəng daha çox dodaqlarda və dırnaq diblərində müşahidə edilir. Tənəffüs dəyişiklikləri baş verir. Belə insanlar təngnəfəs olur, tez-tez və yorğun nəfəs alırlar. Onların nəfəsi tez-tez tıxanır və bu da öskürəyə səbəb olur. Onlar adətən az danışırlar, axırda isə ümumiyyətlə danışmaq istəmirlər. Ölümə bir neçə gün və ya bir neçə saat qalarkən Adam artıq ölümə doğru yaxınlaşmaqdadır. Ölüm yaxınlaşdıqca, enerji dalgası ortaya çıxa bilər. Yataqdan qalxıb, yaxınlarla danışmaq, iştahsız keçən günlərdən sonra nə isə yemək istəyə bilərlər. Bəzən ölən adam haqqında deyirlər ki, “son günlərində elə bil gümrahlaşmışdı, yeməyə başlamışdı”. Bu, enerji dalğalanması adama görə dəyişsə də, ölən bir insanın son fiziki özünüifadəetməsidir. Sona yaxınlaşarkən müşahidə olunan başlıca əlamətlər bunlardır: * Nəfəs daha nizamsız və əsasən yavaşdır. Buna Çeyn Stoks (Cheyne Stokes) tənəffüsü deyirlər. Tez-tez nəfəsalmanın ardından nəfəs tamamilə dayana bilər. * Əllər və ayaqlar bənövşəyiyə çalan və ləkəli (xallı) ola bilər. Bu xallar yavaş-yavaş qollara və ayaqlara yayılacaq. Dodaqlar və dırnaq dibləri maviyəçalan və ya bənövşəyi ola bilər. * Adam əsasən heç nəyə şərh verməməyə başlayar, gözləri açıq və ya yarıaçıq olmasına baxmayaraq, ətrafı görməzlər. Belə bir inanc var ki, bu anlarda ölmək üzrə olan adam yanına sevdiyi insanların gəldiyini və onunla danışdığını təsəvvür edir. * Axırda nəfəs tamamilə sona çatır və ürək dayanır. Ölüm artıq baş verib.
Tarix: 1-04-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti