10 ildən artıqdır ki, "Facebook" həyatımızın ayrılmaz parçasına çevrilib. Az qala hər gün yenilənən, inkişaf edən bu sosial şəbəkə ilə bağlı biliklərimizin artırılması da vacib şərtə çevrilir. Ən azı bunu öz rahatlığımız üçün etməliyik.Unikal.org bildirir ki, təhlükəsizlik naminə özünüzlə bağlı silinməsi lazım olan 10 məlumatı diqqətinizə çatdırır.
1. Telefon nömrəsiBir çox yöndən vacibdir. Sizin haqqınızda asanlıqla məlumat toplanmasına şərait yaradar. Hələ zəng vurub narahat edən, mesaj yazan avaralardan danışmırıq.
2. Doğum günüİlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.
3. Dostlarınızın bir qismiOksford Universitetinin psixoloqu, professor Robert Dunbara görə, bir insanın normal ünsiyyət qura biləcəyi maksimum insan sayı 150-dir. Təbii ki, dostlarınızı 150-yə endirin demirik, amma hər halda siyahını vaxtaşırı gözdən keçirməyiniz pis olmaz.
4. Uşaq fotolarıÖz uşaqlıq fotolarınızı yaymaqda tamamilə azadsınız, ancaq dost və qohumlarınızın uşaqlarının fotolarını yaymamaq şiddətlə tövsiyə olunur. Həmin şəxslər gələcəkdə uşaqlıq fotolarının internetdə görünməsini istəməyə bilər və belə olan təqdirdə siz onların hüquqlarını pozmuş olursunuz.
5. Məkan qeydiXüsusən evdə olduğunuz zaman sosial şəbəkəyə yansıyan məkan məlumatlarınızı təmizləyin. Yəqin ki, ev ünvanınızın çoxsaylı insanlar tərəfindən bilinməsi sizin üçün xoş deyil. Bunun ilk başdan ağıla gəlməyən böyük problemləri çıxa bilər.
6. Uşaqların məktəb və bağça ünvanlarıXüsusən qarışıq şəhərlərdə yaşayırsınızsa. Nə lazım?
7. Evlilik vəziyyətiƏlbəttə qeyd etmisinizsə silməyin. Yox yerdən narahatlığa ehtiyac yoxdur. Amma qeyd etməmisinizsə, heç vaxt etməyin. Çünki ayrıldığınız vaxt onu silmək sizə əzab verəcək.
8. Kredit kartları bilgiləriBu məlumatları heç yerdə vermək olmaz. O cümlədən də "Facebook"da.
9. Tətillə bağlı hər şeyUnutmayın, evinizin boş olduğunu oğruların diqqətinə çatdırırsınız.
10. RəhbərinizXəstəyəm deyib işə gəlməyən gün "Facebook"da çıxardığınız oyunlar bir yana, emosional vaxtı yazdığınız bəzi status və şərhlər karyeranızda problem yarada bilər.
Təbii, belə xasiyyətiniz yoxdursa, rəhbərlə dostluq sizə yalnız zövq verə bilər.
Tarix: 10-05-2017, 07:34