Savash.org ötən həftənin ən maraqlı facebook statuslarını oxucularına təqdim edir. Beləliklə...
Zaur BayramlıFacebookda elə insanlar var ki, hələ ad günü başlamamışdan bir neçə saat öncədən yazır ki, "Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm"…
***
Ibadet BinyetovTəsdiqləndi. 2018 Həcc ziyarəti bizdə keçiriləcək )))
***
Elishir EhedArzun döyüşün alnına yazılması idisə indi nədən narazısan?İndi döyüş, döyüşə bildiyin qədər.
***
Yadigar SadiqovHakimiyyətin jurnalistlər üçün tikdiyi hər bina azad mətbuata qoyulan başdaşı rolunu oynayır
***
Şəhla HüseynovaAzərbaycan yeganə dövlətdir ki, hər tərəfdən öz torpaqları ilə həmsərhəddir...
***
Vusal MamedovKainatda bizim bilmədiyimiz çox şey var. Amma din bildiyimiz şeydir. Bilirik ki, yalandır.
***
Qadir IbrahimliMirşahin deyir ki, ANS-i hakimiyyət yox, xalqın layqeydliyi bağlayıb...
Ölən vaxtı da sabundan əl çəkmir)
***
Leyla AlievaEvlilik bir stəkan süd üçün evdə inək saxlamağa bənzər...
***
Famil CeferliHəccə gedənlərin sayı ötən ilə baxanda 440 nəfər azalıb. Ümidvericidir. Düzəlirik...
***
Səxavət MəmmədDeyir, Cəlilabadda bir seyid var, hara tüpürürsə ora sağalır. Bədən ağrılarına görə bədənə, daxili ağrılara görə ağıza tüpürür və adam sağalır. Tüpürməyin qiyməti 50 manatdır.
Gəlin, yığışıb o seyidə 50 min manat verək, Azərbaycana tüpürsün, sağlam ölkə olaq.
***
Şahnaz KamalƏn axmaq müharibə 1325-ci ildə İtaliya şəhərləri Bolonya və Modena arasında baş verib. Müharibəyə səbəb vedrə olub...
Modendən qaçan Bolonyalı döyüşçü qaçarkən atını suladığı vedrəni də özü ilə aparıb. Modenlilər vedrəni geri tələb etsələr də, Bolonyalılar onu qaytarmaqdan imtina edib və müharibə başlayıb. 22 il davam edən bu müharibədə minlərlə insan ölüb. Bolonya məğlub olub.
***
Emil ƏmiraslanovXəbər: "Bakıda evakuator üzərində gedən maşın radara düşüb".
Aclıq güc gələndə sən o sən deyilsən
***
Mehman MuradliMaliyyә Bazrlarına Nәzarәt Palatası nәzir qutularına nәzarәti niyә hәyata keçirmir? Nәzir qutusunun içinә girәn maliyyә sayılmır?
***
Azer Tagi-zadeTelefonla danışma müddəti
Ata qızıyla – 00:00:27
Ana qızıyla – 00:15:37
Sevgililər – 2:30:59
Rəfiqələr – 5:56:08
Ər arvadına zəng edəndə – 00:00:05
Arvad ərinə zəng edəndə – 18 cavabsız zəng.. :) :) :)
Topladı: Orxan Həsənli
Tarix: 22-05-2017, 22:14