Azərbaycan, doğrudanmı, turistlər üçün ucuz ölkədir?


İllərdir həm ölkə insanı, həm də xarici turistlər Azərbaycandakı istirahət məkanlarının bahalığından haray çəkir. Kimsəyə sirr deyil ki, burada otellər vəyeməklər fantastik  dərəcədəbaha, xidmət səviyyəsi aşağıdır. Elə bu səbəbdən də, azacıq imkanı olan adamlar bilet alıb qonşu Gürcüstana, Türkiyəyə, bir az artıq pulu olanlar da başqa ölkələrə istirahətə gedir. Bu məsələ sosial şəbəkələrdə, mətbuatda vaxtaşırı müzakirə mövzusu olsa da, ortada nəticə yoxdur. Səlahiyyət sahibləri durmadan turizmi inkişaf etdirməyin vacibliyini vurğulayır, amma hələ ki, o inkişafı görən yoxdur. Hər il ölkə əhalisinin, 20%-i belə o imkanlardan faydalanıb, dincələ bilmir.       

Amma dünən Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib ki, Azərbaycan artıq xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır: “10 il əvvəl bu sahədə vəziyyət o qədər də yaxşı olmayıb. Biz bu problemləri mərhələli şəkildə həll edirik. Bölgələrdə 1-2 mehmanxananın ətrafında rəqib olmadıqca və paralel işləyən turizm şirkətlərinin olmaması qiymətlərin 1 qütblü inkişafına gətirib çıxarır. Devalvasiyadan sonra xaricə gedən turistlərin sayı 35 faiz azalıb… Bayramlar ərəfəsində bölgələrdə və Bakıda yer tapmaq müşkül məsələyəçevrilir. Artıq Azərbaycan vətəndaşları da erkən rezervasiyalarda iştirak etməyəbaşlayıblar. İstər xarici, istər yeri turistlər erkən rezervasiya ilə büdcələrinə vəistəklərinə uyğun bir qiyməəldə edə bilərlər”.

Yaxşı ki, bizim illərdir səsləndirdiyimiz “inhisarçı, rəqabətsiz mühitdə turizm inkişaf edə bilməz” fikrini etiraf etməyə başlayıblar. Bizim istədiyimiz də ölkədə istirahət imkanlarının ucuzlaşmasıdır ki, ondan hər kəs öz büdcəsinə uyğun şəkildə bəhrələnəbilsin. Təəssüf ki, məsələ heç də R. Quliyevin dediyi kimi deyil. Onun sözləri həm çevrəmizdə istirahət imkanları ilə daim maraqlanan insanların, həm də ekspertlərin  fikirləri ilə əkslik təşkil edir.  Məsələn, turizm eksperti Bahadur Bilalov keçən il bu sahədəki göstəricilərə toxunaraq deyib ki, hazırda Azərbaycanda hotellərin qiyməti devalvasiyadan əvvəlki dövrdəkindən dəfələrlə bahadır: “Bir müddəəvvəl ölkəprezidenti regionlarda hotellərin qiymətinin bahalığını gündəmə gətirmiş vəqiymətlərin aşağı endirilməsini tələb etmişdi. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən hotellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də qeyd etmişdi. Amma təəssüf olsun ki, ölkə prezidentinin tənqidindən sonra hotellərin qiyməti düşməəvəzinə daha da bahalaşıb. Məsələn, devalvasiyadan öncə, oteldə otaq qiyməti 40 manat idisə, bu gün həmin nömrələr 180 manatdır. Devalvasiyadan əvvəlki qiymətlərlə, dolların ekvivalentinə çevirəndə belə baha başa gəlir.”

Rəsmi rəqəmlərə görə, hazırda ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 600-ə yaxındır. Ölkədə 42 min gecələmə yeri var. Yəni, eyni gündə ölkədə 42 min turist gecələyə bilər. Bu yerlərin böyük əksəriyyəti Bakı və Bakı ətrafındadır.  Ekspertlərin rəyinə görə, nisbətən ucuz yerlər tapmaq baxımından, paytaxtda durum bölgələrdən yaxşıdır. Çünki paytaxtda nisbətən ucuz hostellər var və xeyli sayda turist onların xidmətinə üstünlük verir. Turizm sahəsində inkişafa və ölkəyə daha çox turistin cəlb olunmasına gerçəkdən ürəyi yanan varsa, bölgələrdə də ucuz hostellər açmaq əəlverişli yoldur. Bu, mütləq ölkə daxilində istirahət etmək istəyən insanlarımızın da marağını bölgələrimizə yönəldə bilər.

Tarix: 22-04-2018, 20:35
Xəbəri paylaş





Xəbər lenti