Rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir




Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli maraqlı addım atıb.

Siam.az xəbər verir ki, 50 yaşlı rektor 18 yaşdan sonra valideyn himayəsindən məhrum olan tələbələrin təqaüdlərinin ikiqat artığı ilə verilməsi haqqında əmr imzalayıb. Bu barədə universitetin Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, G. Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunub və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınıb.

 

Rektorun bu addımı atmaqda məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir.

Bildirilir ki, bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir. (qafqazinfo.az)

Tarix: 24-04-2018, 07:49
Xəbəri paylaş





Xəbər lenti