Məhəbbət Vəliyevanı nazir qoruyur?
Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir

FİA.Az yazır ki,
onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib.

M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum deyil.

Məsələn, Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagird) tərəfindən zorlanması iddiaları təsdiqini tapır.

Virtualaz.org həmin məktəbin işçilərindən birindən anonimlik şərti ilə dəqiqləşdirib ki, azyaşlının seksual zorakılığa məruz qalması hadisəsini əvvəlcə ört-basdır etmək istəyiblər. Lakin valideyinlər bundan xəbər tutub və hadisə mətbuata sızıb.

Hazırda məktəbdə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları araşdırma aparır. Məktəbin həyətinə giriş bağlanıb.

“Təcavüzə məruz qalan 1-ci sinif şagirdi danışdırılıb, o başına gələnləri danışıb. Deyir onu zorlayan 10-cu sinif şagirdinin adını bilmir, amma görsə tanıyacaq.

Bu səbəbdən sabah məktəbdə üzləşdirmə olacaq. Polis məktəbin bütün 10-cu sinif şagirdlərinin məktəbdə olmasını tapşırıb, kim gəlməsə deməli hadisəni törədən odur”-məktəbdəki mənbə deyib.

Bu arada məktəbin direktoru, seksual zorakılığa məruz qaldığı deyilən şagirdin xalasına 2 min manat verib cinayəti ört-basdır etdiyi deyilən Nürqələm Bayramova BiG.az-a zorlama xəbərinin yalan olduğunu söyləyib.

“Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb”.

FİA.Az yazır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi orta məktəblərdə baş verənlərlə bağlı nə zaman narahat olacaq? Bu indi günün ən vacib suallarından biridir.

Belə ki, orta məktəblərdəki vəziyyətə, təhsil prossesinə nəzarət mexanizminə malik olan bu qurum və onun rəhbərliyi sözün həqiqi mənasında baş verənlərdən narahat deyil.

Bu halların varlığını direktorların əməllərini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva da əla bilir. Sadəcə özünü görməzliyə vurmaqla vaxt udur. Əcəba, hamının xəbəri varsa, nədən bunların xəbəri yoxdur?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyevanın tam nəzarəti altında aparılsa da, direktorların əməllərindən xəbərdar olsa da göz yumulur. Səbəblər də bəllidir. Çünki, indi məktəb direktorlarının qazanc yeri yalnız budur.

Məktəblər üçün ayrılan vəsait direktorların əlinə gəlib çatmır. Elə nazirlikdəcə yoxa çıxır. Təsəvvür edin, məktəb direktorunun möhürü belə əllərindən alınıb.

Bir müddət əvəvl 53saylı məkətb rəhbəri Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilliantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi iddia edilir. 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənov bu təhsil ocağını özünün şəxsi biznes obyektinə çevirib.

Bakı şəhəri üzrə Təhsil İdarəsində 12 sektor, xidmət bölmələri və Təlimə Dəstək Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyində 317 məktəb (307 tam orta məktəb, 7 əyani-qiyabi axşam məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb) və 46 məktəbdənkənar müəssisə vardır.

Təhsil Naziri kürsüsünün boş qaldığı indiki dönəmdə BŞTİ müdiri Məhəbbət Vəliyeva özünü demək olar «paytaxtın təhsil naziri» kimi aparır.

M.Vəliyeva keçmiş Təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə irəli çəkilib.


Fia.Az