Əgər hər hansı istifadəçinin şəxsi məlumatları Feysbuk vasitəsi ilə ələ keçirilib və onlardan istifadə olunubsa, o zaman zərərçəkənlər 17500 dollar kompensasiya ala biləcək.Yenicag.az bildirir ki, bu barədə “FB News Post” məlumat yayıb. Bu qərar “Cambridge Analytica” qalmaqalından sonra bir sıra hüquqşünasın iştirakı ilə verilib.
Məlum olduğu kimi, “Cambridge Analytica” adlı şirkət feysbukda 50 milyon insan haqqında məlumatlardan istifadə edib, bundan seçki kampaniyalarında öz məqsədləri üçün istifadə edirmiş.
Hüquq professoru
Morin Meppin fikrincə, qalmaqal Feysbuka 875 milyard dollara başa gələ bilər – bu, şirkətin ümumi dəyərindən 2 dəfə çoxdur.
Belə ki şirkət 465 milyard dollar dəyərində qiymətləndirilir.
Morin Mepp qeyd edib ki, məlumatların sızdırılması səbəbindən istifadəçiyə dəyən mənəvi zərərə görə hər kəs şirkətdən 17500 dollar kompensasiya tələb edə bilər.
Lakin, ehtimal ki, belə istifadəçilər yalnız 700 dollarla kifayətlənməli olacaqlar.
Bunu jurnalistlərə açıqlamasında məlumatların müdafiəsində ixtisaslaşmış, “Slater and Gordon” şirkətinin hüquqşünası
Devid Bard bildirib.
“Kompensasiyanın məbləği oğurlanaraq daşınmış məlumatların miqyasından asılı olaraq dəyişə bilər. Bu halda Feysbuk hər zərər çəkən istifadəçiyə yalnız 700 dollar ödəməklə canını qurtara bilər”, – deyə o, qeyd edib.
Səhmlərin məzənnəsinin düşdüyünü anlayan Feysbukun rəhbəri Mark Zukerberq öz səhifəsində bütün səhvləri düzəltməyə və uzunmüddətli perspektivdə ən yaxşı xidmət göstərməyə söz verib:
“Biz sizin məlumatlarınızın məxfiliyi üçün məsuliyyət daşıyırıq. Əgər bu bizə müvəffəq olmursa, deməli biz sizə ləyaqətlə xidmət etmirik.
Mən nə baş verdiyini anlamaq üçün bunun üzərində işləyirəm. Yaxşı bir xəbərim var ki, bundan sonra belə halların təkrar olmaması üçün ilk adımlar artıq atılıb. Feysbuku mən yaratmışam, deməli burada baş verən hər şeyə görə məsuliyyət daşıyıram. Və istifadəçilərimizin məlumatlarının qorunması üçün əlimdən gələni edəcəyəm.
Əlbəttə, bütün problemlərin aradan qaldırılmasına vaxt lazımdır, amma söz verirəm ki, biz bunun öhdəsindən gələcəyik və məxfiliyi qoruya biləcəyik”, – deyə o, fikrini yekunlaşdırıb.
Tarix: 30-04-2018, 16:01