" Ovçunun məsuliyyəti- ovçuluğun aparılması qaydaları " ekoloji təbliğat kampaniyası layihəsinə start verildi.
"Ekoloji İnformasiya" İB - yi " Ovçunun məsuliyyəti- ovçuluğun aparılması qaydaları " ekoloji təbliğat kampaniyası layihəsinə start verdi. 02 may 2018-ci il tarixdə "Ekoloji İnformasiya" İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsabiqəsində qalib olan " Ovçunun məsuliyyəyi- ovçuluğun aparılması qaydaları " ekoloji təbliğat kampaniyası layihəsinin icrasına tədbirlər planına uyğun olaraq start verib. Təşkilatın sədri Musa Muradov çıxış edərək ilk öncə layihənin məqsədi, hədəfləri və görüləcək işlər barədə məlumat verib. Bildiribdi ki , layihə əhalinin ovçuluqla bağlı məlumatlılıq səviyyəsinin artırılması, onların qanunçuluq barədə təsəvvürlərinin genişləndirilməsi , ətraf mühitə qarşı davranış mədəniyyətinin yüksəldilməsində insanların maarifləndirilməsini qarşıya məqsəd qoyub. Bununla bağlı görüləcək işlər barədə danışan layihə rəhbəri Musa Muradov bildiribdi ki, layihənin fəaliyyət planına uyğun olaraq hazırlanacaq buklet və kitabçalarda qırmızı kitaba düşən nadir heyvan, quş və balıq növləri barədə, ovçuluq mövsümünün açılması, yekunlaşması, qanunçuluğun yaratdığı məsuliyyət haqqında ətraflı məlumatlar veriləcək. Ağcabədi və Bərdə rayonları arasında ovçuluqla bağlı əhalinin bilik və məlumatlılıq səviyyəsini artırmaq məqsədilə həm maarifləndirici nəşrlər paylanacaq, həm də təlimlər təşkil olunacaqdır. Layihə əməkdaşı, ekoloq İsrafil Paşayev Azərbaycan təbiətinin, bütövlükdə dünya heyvanat aləminin nadir incilərindən sayılan canlıların qorunmasından, bu sahədə mövcud olan dövlət qayğısı və bu sahəyə ictimai diqqətin artırılmasından danışdı. Qeyd etdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli strukturları ilə əməkdaşlıq şəraitində layihəni həyata keçirməklə daha uğurlu nəticələr əldə etmək mümkündür. Təsdiq edilmiş icra planına uyğun olaraq gələcək fəaliyyətlər istiqamətində layihə əməkdaşları arasında nəzərdə tutulan müvafiq iş bölgüsü müzakirə edilməklə görüş yekunlaşdı.
Tarix: 2-05-2018, 20:27