Bakıdan Tiflisə bayram yürüşü olacaq - “Hamı dəvətli...”

 “Gənclər Klubu” İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək. Lent.az xəbər verir ki, Republika Günü münasibəti ilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək.
 
İB-dən bildirilib ki, mayın 27-də səhər Bakıdan Tiflisə nümayəndə heyəti yola düşəcək və 29-da geri dönəcək. Bu heyətin tərkibinə fəal gənclər, tələbələr, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Mayın 28-də Tiflisin mərkəzindən (“Azadlıq” meydanı) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya bayram yürüşü olacaq. Tədbirdə iştirak hər kəs üçün açıqdır.
 
Ümumilikdə, gediş, dönüş, 2 gün hosteldə qalmaq, 28 May bayram şam yeməyi və AXC-nin 100 illiyinə həsr olunmuş köynək üçün cəmi 90 manat tələb olunur.
 
Tədbirdə iştirak etmək istəyənlər üçün müraciətin son tarixi 15 maydır. Əlavə məlumat üçün:
055 848 14 34
051 909 42 13
Tarix: 4-05-2018, 13:50
Xəbəri paylaş





Xəbər lenti