Arıqlamaq istəyən insan daha az kalori qəbul etməli və daha çox kalori sərf etməlidir. Yalnız bu halda arıqlamaq mümkündür.
Lakin bu asan deyil. Aclıq hissi arıqlamağa mane olur və bir çox insanlar məhz aclığa dözə bilmədiyinə görə pəhrizdən imtina edir.
Lids Universiteti (Böyük Britaniya) alimləri bu problemi həll etməyə çalışıb. Onlar pəhriz zamanı aclıqla mübarizə etməyə kömək edən məhsulları araşdırıb.
Unikal.org bildirir ki, mütəxəssislər 3 belə məhsul aşkar edib. Bu kartof, pasta (spagetti) və düyüdür. Bu 3 məhsulun kalori dəyəri azdır, lakin onlar daha tez toxluq hissi yaradır və bu hissi daha uzun müddət ərzində saxlamağa kömək edir. Həmçinin eksperimentlər göstərib ki, bu məhsulların sayəsində insan gün ərzində daha az qida qəbul edir.
Təbii ki, arıqlamaq istəyən insan qızardılmış deyil, bişmiş kartof yeməli, spagetti və düyünü isə yağlı souslarla yeməməlidir.