Bakının mərkəzində nəzarətsiz park? - İcra hakimiyyəti susur - FOTOLAR


Yayın isti günlərində və işgüzar həyatdan yorulanda istirahət etmək üçün ən gözəl məkanlardan biri də parklardır. Soyuq havalarda tək-tük adam olan parklarda artıq insanlar əyləşmək üçün yer tapmaqda çətinlik çəkirlər. İnsanların rahat istirahət edə bilməsi üçün isə parkların təhlükəsiz olması əsas şərtlərdən biridir. Bəzən parklarda vurulan xəbərdarlıq lövhələrinə insanlar riayət etmir. Bu isə ətrafda olanların, xüsusən də uşaqların həyatı üçün təhlükə yarada bilər. 

Cebhe.info məlumat verir ki, şəhərin içindəki ən böyük, ümumi ərazisi 7 hektar olan və insanlar arasında "Qış bulvarı" kimi tanınan park kompleksində xəbərdarlıq lövhələrində velosiped sürməyə, topla oynamağa və itin parka girişinə qadağa qoyulsa da? buna əməl edilmir. Bunlar arasında ən təhlükəli olan isə itlərin parka girişidir. Bəzən insanlar itlərin ağzını açıq şəkildə, heç bir təhlükəsizliyə əməl etmədən parka buraxa bilirlər. Bunu da qeyd edək ki, son illərdə Bakıda və ölkənin digər şəhərlərində it dişləməsi ilə ölən uşaqların sayı artmaqdadır. 

Burada maraqlı məqam isə bundan ibarətdir, xəbərdarlıq lövhələri vurulmaqla yanaşı parklardakı təhlükəsizlik kimlər tərəfindən qorunur? Ümumiyyətlə, parklara nəzarət edən şəxslər varmı?

Bu suallara cavab tapmaq üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Hicranə İsmayılova

Tarix: 15-05-2018, 22:15
Xəbəri paylaş





Xəbər lenti