Miqren başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir.
Qaynarinfo xəbər verir ki, ABŞ tədqiqatçıları kəskin baş ağrısına səbəb olan miqreni hava dəyişikliyi ilə əlaqələndiriblər. ABŞ-da təxminən 18% qadınlar və 6% kişilər miqrendən əziyyət çəkir. Xüsusilə, gənc və orta yaşlı nəsillərdə bu özünü daha da qabarıq şəkildə göstərir. Araşdırma nəticəsində məlum olub ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş ağrılarına səbəb olur.
Miqren ağrılarına yardımçı olacaq möcəvi qarışıq tapılıb. Bunun üçün su, limon suyu və 2 çay qaşığı duza ehtiyacınız var. Bütün məhsulları qarışdırıb için. Məhsulları seçərkən keyfiyyətli olmasına diqqət edin. Çəhrayı "Himalay duzu” istifadə edin, çünki tərkibində 80 fərqli mineral (maqnezium daxil) var.